Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:19

Türkiyə Avropaya viza qaydalarının sadələşdirilməsi istəyir


Avstriyada səfərdə olan Türkiyənin prezidenti Abdullah Gul bildirib ki, onun ölkəsi artıq 16 ildir ki, Avropa Birliyi ölkələri ilə gömrük birliyinə daxil olub. Amma hələ də türkiyəli iş adamlarına Birlik ölkələrinə viza verilməsində bürokratik əngəllər var.

Türkiyə prezidenti bildirib ki, bu, ədalətsizlikdir və Türkiyə vətəndaşlarına viza verilməsi sadə olmalıdır.

Abdullah Gul Avstriyada yaşayan türkləri də alman dilini yaxşı öyrənməyə çağırıb.
9 milyon əhalisi olan Avstriyada təxminən 250 min nəfərinin türk kökü var.

Günün bütün mövzuları

XS
SM
MD
LG