Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:23
AXCP-nın üzvü Rəşad Həsənov deyir ki, 2005-ci ildən çalışdığı Qarasu Əməliyyat Şirkətində tutduğu vəzifədən azad olunub. Rəşad Hüseynov işdən azad olunmasını siyasi fəaliyyəti ilə bağlayır.

«Şirkətdə mən ən aşağı işçidən böyük usta vəzifəsinə kimi yüksəlmişdim. Amma mayın 2-də məni çağırdılar və ixtisara düşdüyüm, iki ay müddətində özümə başqa iş tapmalı olduğumla bağlı xəbərdarlıq edildi. Bu qədər işçisi olan şirkətdə bircə mənim işdən azad olunmağım mənim siyasi fəaliyyətimə görə, atılan bir addım olduğunu sübut edir».

Qarasu Əməliyyat Şirkətindən məsələyə münasibət öyrənə bilmədik.

Rəşad Hüseynov müxalifətin keçirdiyi etiraz aksiyalarında fəal iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG