Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:59
Universitetdə «Dissidentin bələdçisi: avtokratların öz opponentlərini susdurmaq üçün istifadə etdikləri hüquqi və hüquqdankənar manevrlər. Onlardan necə qurtulmalı?» mövzusunda tədbir keçirir. Tədbirdə universitetin məzunları -Venesuela seçkilərində iştirakına qadağa qoyulan Leopoldo Lopez və Azərbaycanda həbsdə olan Bəxtiyar Hacıyevin timsalında dünyada avtoritar rejimlərin, diktatorların öz opponentlərini susdurmaq metodları müzakirə edilir.

Bu barədə Bəxtiyara dəstək kampaniyası məlumat yayıb.

Tədbir Harvar Universitetinin Mərkəzi, Şərqi və Cənubi-Şərqi Avropa üzrə Kokkalis proqramı, İctimai Liderlik Mərkəzi, Beynəlxalq İnkişaf Mərkəzi və Yaxın Şərq Təşəbbüsünün təşkilatçılığı ilə keçirilir.

Aprelin 7-də Harvard Kennedi İdarəçilik Məktəbinin 14 nəfər müəllim və professoru İlham Əliyevə müraciət ediblər. Müraciətdə Hacıyevin həbsindən və onunla rəftardan narahatlıqları ifadə olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG