Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:41

«Azneft» İstehsalat Birliyində partlayış olub


Nəticədə «Neftqaztikinti» trestinin 5 saylı İnşaat-quraşdırma İdarəsinin briqadiri Arif Bəşirov həlak olub, həmin idarənin quraşdırıcısı Vaqif Şəfiyev isə yaralanıb.

Azərbaycan Dövlət Neft Şirkətinin yaydığı məlumata görə, hadisə mayın 1-də «Azneft» İstehsalat Birliyinin Yeraltı Qaz Anbarları İdarəsinin Qalmaz sahəsində baş verib. «Qalmaz» Yeraltı Qazsaxlama Anbarında aparılan genişləndirmə işləri zamanı köhnə işlək separatorların yenisi ilə əvəz edilib, ləğv etmə işləri aparılarkən baş verən qəza partlayışla nəticələnib.

Hadisənin başvermə səbəblərinin araşdırılması üçün xüsusi komissiya təşkil edilib, təhqiqat aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG