Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:44

Vidadi İsgəndərli Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilir


O, seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmədə təqsirli bilinərək istintaqa cəlb olunub.

Bu barədə AzadlıqRadiosuna Vidadi İsgəndərlinin qardaşı Oqtay İsgəndərli məlumat verib.

«Vidadi bu gün saat 2-də sərbəst buraxılmalı idi. Amma bizə bildirdilər ki, saat birdən onu Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə aparıblar. O, vəkili gəlmədən heç bir ifadə verməyəcəyini deyib. Vəkil orderini təqdim etdikdən sonra onu içəri buraxıblar. Dörd saata yaxındır ki, hələ də onlar içəridirlər. Bu da Vidadi İsgəndərliyi hakimiyyətin ad günü hədiyyəsi».

Vidadi İsgəndərli aprelin 17-də İctimai Palatanın mitinqi zamanı saxlanılıb. Onun barəsində Nəsimi rayon Məhkəməsinin seçdiyi 15 sutkalıq həbs müddəti bu gün saat 2-də başa çatırdı.

V.İsgəndərli 7 noyabr parlament seçkilərində 89 saylı Ağdaş-Göyçay seçki dairəsindən namizədliyini irəli sürmüşdü. Həmin vaxt onun barəsində Cinayət Məcəlləsinin 159.3-cü (vətəndaşı öz iradəsinə zidd səs verməyə məcbur etmə və ya onun səs verməsinə mane olma), 160.1-ci (seçki komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) və 177-ci (oğurluq) maddələri ilə cinayət işi açılmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG