Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 18:04

Gəncədə hörgü daşı 1 manatadək bahalanıb


Satıcı Kamal Əliyev deyir ki, buna səbəb material daşıyan maşınların yük hissələrinə miqdar limiti qoyulmasıdır.

- Əvvəl gedirdik Qaradağdan tutaq ki, 600 kubik gətirirdik, indi yol polisləri maşınların dəmirlərini kəsir ki, artıq kubik yığmayaq. Onda 1 dəfəyə gətirdiyimi 2 dəfəyə gətirəm, yolpulu, yemək və sair xərclər artır. Məcburi xərci çıxartmaq üçün daşı baha satırıq.

- Əvvəl neçəyə idi hörgü daşı?

-1 həftə bundan qabaq 40-50 qəpik, amma indi hamı 80 qəpik -1 manata satır.

Gəncə şəhər Statistika İdarəsinin Qiymət şöbəsinin müdiri Nəbi Baxşəliyev də bildirdi ki, aprel ayında taxta və hörgü daşının qiymətində artım müşahidə edilib. Bir kubmetri 270 manat olan dördlük taxta hazırda 290 manata təklif edilir. Üçlük və beşlik taxtanın dəyəri isə 280 manata qalxıb.

Satıcılardan fərqli olaraq, statistika idarəsi hörgü daşının qiymətinin 1 manatadək yox, cəmi 4 qəpik artdığını deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG