Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:17
ABŞ-ın Bakıdakı səfirliyi Azərbaycandakı Amerika vətəndaşlarını ehtiyatlı olmağa çağırır. Buna səbəb “Əl-Qaidə” terror təşkilatının lideri Üsamə Bin Ladenin öldürülməsi nəticəsində terror təhlükəsinin artmasıdır.

Səfirliyin mətbuat katibi Kis Bin “Media forum” saytına deyib ki, artıq Azərbaycanda olan Amerika vətəndaşlarına müvafiq xəbərdarlıq çatdırılıb: “ABŞ Dövlət Departamenti Üsamə Bin Ladenin öldürülməsi ilə əlaqədar artan terror təhlükəsi ilə bağlı xaricdə yaşayan vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib. Biz də həmin mesajı SMS vasitəsilə ABŞ-ın Azərbaycandakı səfirliyində qeydiyyatda olan Amerika vətəndaşlarına çatdırmışıq. Eyni zamanda həmin xəbərdarlığı ABŞ-ın Azərbaycandakı səfirliyinin rəsmi internet səhifəsində yerləşdirmişik. Azərbaycanda yaşayan ABŞ vətəndaşlarını ehtiyatlı olmağa çağırırq”.

Günün bütün mövzuları

XS
SM
MD
LG