Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

Mahmud Əhmədnejad işə çıxdı


Iranın dövlət televiziyası məlumat verir ki, bu gün prezident Mahmud Əhmədnejad hökumətin iclasında iştirak edib. Bir həftədən çoxdur ki, o, ölkənin dini lideri ilə arasında yaranmış gərginliyə görə işə çıxmırdı.

Dini lider Əyatollah Əli Xamneyi ilə Mahmud Əhmədnejad arasında narazılıq kəşfiyyat xidmətinin rəhbərinə görə yaranıb. Prezidentin işdən çıxardığı yüksək vəzifəli məmuru Xamneyi bərpa edib. Mahmud Əhmədnejad hökumətin iki iclasında iştirak etməməsi ilə etirazını göstərmiş oldu.

Ötən həftə Xamneyi Əhmədnejadın ünvanına bildirdi ki, ehtiyac yarandığı təqdirdə dövlət işinə müdaxilə etməkdən çəkinməyəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG