Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 00:36














Cəsarətin varsa buyur,
Adımı adının yanına bağlamışam.
Və özümü gün çıxmaz meşələrində qandallamışam qursağına.
Şadlıq evi dolu bağırsağına.
Buyur məni buyur.
Oyna məni, oynad məni,
Keçi keçməz qayalarımdan keç məni nə olar?
Ala sevim səni, sən eylə xəyanət məni nə olar?
Lap gəl apar şəhərdən uzaq dustaqlarda et məni nə olar?
Oynaşın olum eeeyyyy!
Oturduğum yerdə başıma gəldin.
Başına gəlim eeeyyy!
Zindanda gördüyüm qara çarpayıya bənzəyirsən,
Üstüvə çıxdımsa yoxam.
Bəxtəvər olmaq üçün Bəxtavər* olmalıyam
Və damarlarımda qan yerinə
Diktator laxtalanmalıdır.
Tuş gəlmişəm sənə günahın yoxdu.
Bağışlayın! Sizdə biraz azadlıq yoxdu?
Zillə mənə gözlərini.
Qara, qapqara mərmilərini.
Zolla baxışlarını qoy qanayım.
Zolağ aç dərimin üstündə qoy qocalım.
Qəcələ kimi qocalım səni.
Qəbələ kimi boylanım səni.
Zolaqlarımda daşıyım Vətəni.
Sevirəm demə, ətim tökülür.
Boynum çiyinlərimə bükülür.
Vətənimsən axı, bədənimsən,
Axı sən ermənistanda neynirsən?

Oynaşın olum eeeyyy,
Oynaş axtarmayasan.
özünü hər adamın qucağına qoymayasan.
Vətənimsən axı bədənimsən.
Intihar edəndə səni kəsirəm qollarımda.
Sevəndə səni sevirəm sulu-südlü qızlarında.
Içəndə səni içirəm dimidrollu araqlarında.
Ala daraxla məni darağınla tüfənq!
Qoy darma dağın olum Vətən.
Dırmıxla məni, dara mıxla.
Nə olar gəl məni çarmıxla.
Qoyma Qarabağ yıxıla.
Qoyma Təbrizin sıxıla.
Məni görüm Sulduzun sulu düzlərində boğulum.
Olmaya istəyirsən Xəzərdə doğula-doğula
Gedim Kaspiyəndə boğulum!?
Özümə çatan yerdə tıxacına ilişirəm
Qırmızı ışıqlarına ilişirəm
Və qadınım da boyasının yerinə qan sürtür dodaqlarına.
Inqilab elə o qanlı dodaqlardan başlayır.
Səni uduram
Səni uduram
Səni unuduram.
Fasiləmiz, yataqdır!
Fasiləmiz, yataqdır!

Özünü tapşırıbsan qan qruplarına.
Onlar da gedib-qarışıblar oynaşlarına.
Üzlərinin ağlığı boyadandır.
Aldanma gülüm, aldanma
özünü möhkəm saxla.
Vətənimsən axı, papağımsan
Düşürsən yerə abırım gedir.
Axı sən ermənistanda neynirsən?

_________________
*Müəllifin qeydi: "Bəxtavər - Güney Azərbaycanda milli fəalların biridir. Onu iş yerində, damarına hava vuraraq şəhid etmişdilər".

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG