Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 13:55

Ədalət Əsgəroğlu: Bu qədər söz söhbətdənsə AYB rəhbərliyi redaktoru çağırıb deyə bilər ki, bunu yığışdır


(soldan sağa) Zümrüd Yağmur, Cavid Zeynallı və Ədalət Əsgəroğlu

(soldan sağa) Zümrüd Yağmur, Cavid Zeynallı və Ədalət Əsgəroğlu

"Ədəbiyyat sahəsində ixtisaslaşan qəzetlərin bu vəziyyətdə çıxması ümumiyyətlə ədəbiyyatımız üçün baş ucalığı gətirmir.

Bu qəzetlərin dərc etdikləri - həddən artıq köhnə estetikaya hesablanmış materiallardır.

30 il əvvəl aktual olan məsələləri 2010-11-ci illərdə dərc edirlər.

Dizaynları da “Sovet kəndi” qəzetinin vəziyyətindədir.

Dediklərim “Ədəbiyyat qəzeti”nə də aiddir. Halbuki son zamanlar Azərbaycan ədəbiyyatı sahəsində müəyyən irəliləyişlər var, əsərlər yazılır".

Bunu Azadlıq Radiosunun "Pen klub" verilişində gənc yazar Cavid Zeynallı deyib.
Proqramda Azərbaycanda ədəbi qəzet və jurnalların vəziyyəti müzakirə edilib.

Müzakirədə C.Zeynallı ilə yanaşı yazarlar Ədalət Əsgəroğlu Zümrüd Yağmur da iştirak ediblər.

Ədalət Əsgəroğlu:


Cavid Zeynallı:

"Bu qəzetlərin dərc etdikləri - həddən artıq köhnə estetikaya hesablanmış materiallardır.

30 il əvvəl aktual olan məsələləri 2010-11-ci illərdə dərc edirlər.

Dizaynları da “sovet kəndi” qəzetinin vəziyyətindədir".
- Əgər ədəbi nəşrlər barədə bu qədər danışılırsa, deməli, ictimaiyyətin onlardan müəyyən dərəcədə bir umacağı var və bu, sevindirici haldır.

Bu bir qələm sahibi olaraq məndə nikbinlik yaradır. Arzulayardım ki, ədəbi nəşrlər, onların problemlərindən danışanlar qərəzdən kənar olsunlar.

Zümrüd Yağmur:

- Azərbaycandakı ədəbiyyat nəşrləri ilə bağlı iki hal mövcuddur. Bir qeyri ciddi, bayağı materiallarla populyarlaşmış nəşrlər.

Bu daha çox saytlara aid haldır. Bir də keçmişə yamanıb qalmış nəşrlər.

Bura isə “Ədəbiyyat” qəzeti, “Ulduz”, “Qobustan”, “Azərbaycan” jurnalları aiddir.

Bunların cəmiyyətlə təması sıfıra bərabərdir. Yalnız camiyələşmiş bir qrup adam var ki, onlar orada çap olunurlar.

Əgər bu orqanlar bu gün azad düşüncə sahibləri tərəfindən ortaya qoyulmursa, burada ədəbiyyatın təbliğatından söhbət gedə bilməz.

“Ədəbiyyat” qəzeti keçmişin aurasından qopa bilmir.

Ədalət Əsgəroğlu:

- Ədəbi nəşrlərə “köhnədən qalma”, “çərçivədən kənara çıxa bilmir” deyirik. Amma əslində bunların hamısını o çərçivəyə biz yazarlar salmışıq.

Bu ədəbi nəşrlərin hansısa qalmaqallı söhbətlər və sair dərç etməklə işi yoxdur. Onlar sırf ədəbiyyat nümunələri dərc etməlidilər.

Nəsr, şeir, tərcümə əsərləri və sairə. İndi sual olunur: Hanı o yaxşı əsərlər? Ədəbi hadisə sayılacaq, ictimai rəy yaradacaq əsərləri yazmaq lazımdır.

Ədəbi nəşrlərin qovluqları o əsərlərdən ötrü tamarzıdır. Biz elə bilirik var. Yoxdu o əsərlər. “Ədəbiyyat” qəzetinin bu yaxınlarda 75 illiyini qeyd elədik.

Siz onu geridə qalmış qəzet adlandıra bilərsiniz. Amma yaxşı əsər oldu ki, “ Ədəbiyyat” qəzəti onu çap eləmədi?

Orda-burda ictimaiyyəti çaşdırmaqla məşğul olan adamlara tövsiyə edirəm ki, meydan
Zümrüd Yağmur
sulamaq əvəzinə yaxşı əsərlər yazın. Bax bunu deyən yoxdu.

Hamı qalmaqal yaradıb hər tərəfi bir-birinə vurur.

Cavid Zeynallı:

- Zümrüd xanım, siz “Azadlıq” qəzetinin köşə yazarısınız. Bədii yazılarınız da orada dərc olunur. AYB-dən kimsə yazı gətirsə, inanırsınız ki, “Azadlıq” qəzetində o dərc olunacaq?

Zümrüd Yağmur:

- Mən bilmirəm. Onu redaktordan soruşun.

Cavid Zeynallı:

- Mən sizi əmin edirəm ki, dərc olunmayacaq.

Ədalət Əsgəroğlu:

- Bu günlərdə AYB mətbuat xidməti adından “Azadlıq” qəzetində yanlış məlumat getmişdi. Təkzib yazıb aparıb verdim. Dedilər çap edəcəyik. Amma görmədim qəzetdə...

Cavid Zeynallı:

- Vaxtilə Elçin Hüseynbəyli demişdi ki, AYO üzvlərinə dəfələrlə müraciət olunub. Amma onlar “Ulduz” jurnalına yazı gətirmirlər.

AYB-nin gənclər üzrə katibi Rəşad Məcid də dəfələrlə məsələ qaldırıb ki, qarşı tərəfdəki gənclər də bu nəşrlərdə dərc olunmalıdır.

Yəni dəfələrlə onlara müraciət olunub, amma onlar dərc olunmayıblar.

Bunun da səbəbi sadədir. Onlar bu ədəbi syasəti inkar etməklə bunu özlərinə daimi mövzuya, deməyə sözə çeviriblər. Amma bu da nəşrlərin indiki vəziyyətinə bəraət qazandırmır.

Ədalət Əsgəroğlu:

- "Ədəbiyyat qəzeti" AYB-nin orqanıdır. Birinci təsisçisi AYB, ikinci təsisçisi qəzetin kollektividir.

"Pen klub" proqramının aparıcısı İlqar Rəsul, qonaqlar Cavid Zeynallı, Zümrüd Yağmur və Ədalət Əsgəroğlu
Bunlar iki həftədən bir toplaşa və öz nöqsanlarını müzakirə edib aradan qaldıra bilərlər.

"Ədəbiyyat qəzeti"nin rəhbərlərinə hansı təkliflər verildi ki, onlar yerinə yetirilmədi.

Qəzetin birinci səhifəsində rəsmi xəbərlərin verilməsinə gəlincə, dövlət rəhbərliyində təmsil olunanların bizim sahə ilə bağlı hansısa çıxışları olanda ondan qısaca məlumat verilməlidir.

Bu qədər söz söhbətdənsə AYB rəhbərliyi “Ədəbiyyat” qəzetinin baş redaktorunu çağırıb deyə bilər ki, bunu yığışdır.

Əgər bu deyilmirsə və bu, qəzetlərdə, orda burda özünü giley-güzar şəklində büruzə verirsə, bu artıq ədəbi ictimaiyyəti çaşdırmaqdır. Bunda maraqlı qüvvələr var.

Zümrüd Yağmur:

- Ortada olan böyük oyunun kiçik fiqurlarıdır. Bu yəqin ki, Prezident Adminstrasiyasının humanitar şöbəsindən idarə olunan bir şeydir.

“Ədəbiyyat” qəzeti dövlət büdcəsindən maliyyələşir. Vıətəndaşların dövlətə ödədiyi vergidən “Ədəbiyyat” qəzetində işləyənlər maaş alırlar.

Əslində normal cəmiyyətlərdə belə məsələlər daim vətəndaşı narahat edir: Əgər o, vergi ödəyirsə, kimsə o vergidən maaş alırsa, vətəndaş bunun əvəzində nə alır?

Normal çəmiyyətlərdə bu məsələ həmişə dartışılır. Bax belə bir narahatçılıqları olmadığına görə də orada oturan adamlar bazara çıxmaq, populyarlaşmaq barədə düşünmürlər.

Nəticə də odur ki, AYB –nin orqanlarındakı yazılarda da, elə bu qurumun özündə də bir məmur yanaşması görürük.

PROQRAMI TAM ŞƏKİLDƏ DİNLƏ
Prodüsser - Maarif Çingizoğlu
Fotolar - Turxanındır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG