Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:24

Ertuğrul Özüaydın: “Dərgimizdə azərbaycanlı yazarları tanıda bilərik”


“Alatoranda görüşlər”adı altında keçiriləcək olan ədəbiyyat jurnalları redaktorlarının beynəlxalq Bakı Forumu iştirakçıları ilə müsahibələr.

- Türkiyədə bağımsız ədəbiyyat dərgilərinin yeri və ədəbiyyat dünyasında nələri ifadə etdiyi ilə bağlı Azərbaycan oxucularına qısaca məlumat verə bilərsinizmi?


- Bir dərginin hansı özəllikləri daşıması gərəkdiyini dərginin özü müəyyən edər. Zamanəsinə qarşı həssaslılığı, çağına ilgisi bəlirləyir.

Dərginin redaktoru, sahibi, yayın kurulu varsa çalışanları yəni dərgiyə əməyi keçənlər müəyyən edir.

Bununla bərabər müəyyən edici ən önəmli faktorlardan birisi də ölkənin sosyal, kültürəl və ekonomik yapısıdır. Sosyal bir varlıq olaraq toplum göz ardı ediləməyəcək söz sahibidir. Toplumsal durum hər bir funksional quruluşun əsaslarını və izləyəcəyi yol xəritəsini bəlirləyəcək qədər önəmlidir.

Doğrusu bu anlamda yetərsiz qalan dərgilər öz toplumundan qopuqdur. Çünki öz insanıyla əlaqə quramayan bir dərginin yaşaması zordur.

Oxucula özləşməyən, oxucuyla buluşamayan dərgilərin başlıca sıxıntılarından birinin bu olduğunu düşünürəm. Hər dərgi könüldən toplumuna bağlılıq göstərir.

“Patika”da “Günümüz Azəri Şiirini və Şairlərini” tanıdan bir dosya çalışmasını gerçəkləşdirə bilərik. Bunun Türklər tərəfindən deyil də Azərilər tərəfindən yapılması oxucumuz üçün ilgi çəkici olacaqdır.

Genəl anlamda oxucusuna qarşı böyləsinə bağlılıq göstərən bir ədəbiyyat dərgisinin anlayışı, prinsipləri, hazırlanması, amacları kimi məzmun məsələlərində bağımsız olduğunu görürük.

Eləcə də ortaya çıxmalıdır.

Bir qurum ya da quruluşun öndərliyində onun politik görüşləri doğrultusunda yayınlanmağı gözə almış dərgilər öz söyləyəcəklərini söyləyəməzlər.

Yayın politikasını bəlirləyən bir başqa güc hansı yazıları yayınlayacaqlarını, seçəcəklərini təklif edəcəkdir.

Haqqında danışdığımız güc ədəbiyyat anlayışını deyil də daha çox siyasi anlayışını ortaya qoyacaqdır.

Bu nöqtədən sonra oxucusuna yol göstərmək istəməsi qəbul ediləcək bir durum ola bilməz. Ədəbiyyat dərgilərinin bu çərçivədə işi ola bilməz demək istəyirəm.

Bir ədəbiyyat dərgisi qatı bir tutumla bağlı olduğu qurum ya da quruluşun düşüncələrini qoruyub müdafiə edən bir anlayışla idarə edilməməlidir.

Bu yanaşmayla ancaq şəxsi çıxarlar qoruna bilər ki, ədəbiyyatın o yerdə bir işi olamaz. Ədəbiyyat dərgisini yol göstəriciliyə alət etmək yanlış olacaqdır, olacaqsa o özünə yol göstərən olmalıdır.

Bağımsız ədəbiyyat dərgisinin dərdi yazı ilə, mətnlədir. Bax bu nöqtədən baxdığımızda ölkəmdə bu amacı yerinə yetirmək çabasında olan bir çox bağımsız ədəbiyyat dərgisinin olduğunu sevinərək söyləyə bilərəm.

- Söylədiklərinizi tamamən Azərbaycanda yayınlanan dərgilərə də şamil etmək olar. Birbaşa və ya dolayısıyla siyasi güclərlə bağlı olan ədəbiyyat dərgiləri bizdə də oxucuların sevgisini qazana bilmir.

Görünür dünyanın hər yerində bu belədir. “Patika” dərgisi hansı ehtiyacdan yarandı və bu günə qədər hansı tarixi gəlişmələr yaşadı - bu barədə bizə danışa bilərsinizmi?


- Patika dərgisi başlanqıcda məhəllə miqyaslı bir dərgiydi. Gənçlərin çap olunmaq arzusunu qarşılayan bir aksiya olaraq ortaya çıxmışdır.

Gördükləri işi sevən gənclərin çabalarıyla ayaqda qalan dərginin bugünkü görünümü çox fərqlidir. Eyni həvəskar həyəcanla peşəkar dərgicilik anlayışını sürdürən yeni bir qrupa çevrilmişik indi.

Günlər keçdikcə ədəbiyyat dərgilərinin içində sayqın bir yer qazanan dərgimiz mənsub olduğu ədəbiyyatın gəlişməsi və gözəlləşməsi adına atılacaq gərəkli addımların nə olduğunun bilincindədir.

Öz sınırlarını aşan yolumuz bütün arkadaşlara həyəcan verməkdədir. Bugünlərdə iyirmi iki yaşına basan “Patika”, günümüz Türk ədəbiyyatının gərəkliliklerini yerinə yetirməyi vəzifə bilən çalışmalarını da sürdürməkdədir və sürdürəcəkdir.

Olduqca uzun tarihin içindən baxıldığında gəldiyi nöqtə başarılıdır.

- Sanal ədəbiyyat dərgilərinin - ədəbiyyat saytlarının və portallarının meydana gəlməsi normal dərgi yayıncılığına necə təsir göstərməkdədir Türkiyədə?

- Sanal ədəbiyyat dərgilərinin yayınlanır olması əlbəttə günümüz dərgiçiliyinə təsirsiz ötüşməmişdir.

Yaxın dönəmlərdə yayqınlığı artmış görünən sanal dərgilərin üzvü və izləyicisi olmadığımdan nə etdiklərini çox da yaxşı bilmirəm.

Əlbəttə ədəbiyyatı yaşatmaq adına özünəməxsus disiplinləriylə düşüncələrini ifadə edirlər hər halda. Gerçək ədəbiyyat dərgilərinin oxucusu gerçəkdir. Onlar yaxından bağlılıq duyduqları dərgilərini buraxmazlar.

Başdan bəri izleyicisi olduqları dərgilərə dəstəkləri davam edəcəkdir. Çünkü onlar əllə tutulur, gözlə görülür dərgiyə inanmışlardır.

Nəsnə anlamında dərginin çəkici yanını bilirlər. Bu cür dərgilərin varlıqsal yapısı oxucusuna həzz verir. gerçək dərginin toxusu, qoxusu çağımız oxucusunu etkiləməyi sürdürməkdədir. Sanal ortamda gəlişən ədəbiyyatın bəsləndiyi qaynaq gerçək dərgilərin təcrübə və birikimlərindən başqa nədir?

Sanal ədəbiyyat və sanal dərgicilik alanında çalışmaların bugünkü təşkilatlanması ancaq və ancaq gerçək ədəbiyyatın bir alt yapılanması olaraq qəbul edilmişdir.

Belə ki, bütün cidd-cəhdlərə baxmayaraq sanal dərgilər çox az məsafə qət edə bilmişdir. Basılı yayınların
yerinə keçə biləcək qədər ağırlığını göstərdiyini söyləyə bilmərik.

Öz təsir dairələri qapsamında işlərini görməkdədirlər deməkdən başqa bir söz tapa bilmirəm.

- Ədəbi əsərlər nə üçün yazılır və ya yazılmalıdır? Nə üçün yaradıcılıq işiylə bu qədər çox insan məşğul olur?

Bu suallara hər bir ədəbiyyat adamının öz cavabı vardır. Siz ədəbiyyatın dünyanı qurtaracağına inanırsınızmı?


- Demək ki, hər şeydən öncə qurtarılacaq bir dünya var.

Doyurulması gərəkən insanlar var, qurtarılması gərəkən təbiət var, tərbiyə edilməsi gərəkən uşaqlar var.

Əlbəttə bütün bunların yapılması adına bir çox insan, qurum və quruluşa düşən işlər də var. Bilim var, sənət var, sənətin bir qolu olan ədəbiyyat var.

Bütün bunları düşünərək ədəbiyyatı qurtarma operasyonunun tək sorumlusu göstərmək doğru deyildir.

Dünyanın sorunlarına yetərincə yaxın durmaq çabasını göstərən ədəbiyyatçılar, bu konuda nə qədər başarılı olmuşlardır.

Keçmişdən günümüzə qədər ədəbiyyata baxdığımızda demək olar ki, hər şeyin insanlıq üçün, dünyanın gözəlliyi üçün olduğunu görürük.

Yaşana bilən bir dünya üçün dönüşdürücü və dəyişdirici gücüylə nə qədər başarı qazanmışdır? Qurtara bilmişdirmi? Dünyanın bu gün gəldiyi nöqtəyə baxdığımızda çox da olumlu danışa bilmərik.

Yenə də ortaya çıxan tablonun yaxşılaşdırılması, gəlişdirilməsi adına yazarlarımıza böyük vəzifələr düşməkdədir.

Heç birimiz bunu başqa türlü düşünəməyiz. İnsanlığa, dünyaya zarar verəcək düşüncə və çalışmalardan uzaq dururuz.

Bir baxımdan, sözünü etdiyimiz şərtləri daha yaşanır qıla biləcək anlayışı gəlişdirmək sağlam qurulacaq ünsiyyətlə ola bilər.

Bu bağlamda, başarılı örnəklər verən dünya ədəbiyyatı çalışmalarını sürdürməkdən qaçınmayacaqdır. Eyni zamanda gələcəyin ortaq dilini yaradacaqdır. Ən azından buna inanıram.

- Belə bir deyim vardır: “Ədəbiyyat dərgilərin ətrafında yaranar”.

Tarixdə çox olub belə, bir ədəbiyyat dərgisi meydana çıxıb və ardınca güclü bir ədəbiyyat axını başlanıb. Bu açıdan, “Patika” dərgisi olmasaydı Türkiyə ədəbiyyatı nələri itirərdi?


- Hansı dərgiyə baxacaq olursaq olalım o dərginin üzvü bulunduğu ədəbiyyata öylə ya da böylə qatkıları bulunduğunu görürük.

Dərgimiz də qarışqa qədər ədəbiyyatımıza qatkılar sağlamışdır. Bütün düşünsəl və yazınsal ürətimin ortaqlığından doğan ölkə ədəbiyyatının kiçik böyük hər bir üzvü bu ortaqlıqda pay sahibidir. Bunu danmaq mümkündürmü?

Bu gün Türkiyədə ədəbiyyat dünyasında təsirini get-gedə daha da artıran dərgiçilik yeni yetişən şair və yazarlar adına çox önəmli bir imkandır.

Biz kadro dərgisi deyiliz. Türk ədəbiyyatında qapıları hər kəsə açıq geniş kütlələrə səsini çatdırmağı qarşısına məqsəd qoyan çalışmalarımız var. Tanımladığımız biçimiylə oxucuya qovuşa bilmək birinci görəvimizdir.

Oxucu sayımızı göz önünə aldığımızda bunu başardığımızı söyləyə bilərəm. Hər nə qədər özümüzü öymək istəməsək də durum böylədir. Amma özünü göstərməklə aramız yoxdur. İldə dört sayı yayınlanan dərgimiz mövsim başlarında çıxmaqdadır.

Bu günə qədər yüzlərcə yazarımızı oxucumuzla görüşdürdük. Birtərəflilikdən, təkgörüşlülükdən uzaq duraraq çeşidlilikdən və mübahisədən yanadır. Çalışmalarımız bunun üzərinə qurulmuşdur.

Bunca ildir ədəbiyyat və düşüncə anlamında ortaya qoyduğumuz əməyin bir birikimin sonucu olduğu gerçəkdir.

Bir yerdən sonra çıxmayan ya da çıxarılamayan bir dərgi olursaq düzənli dərgimizdə yazılarıyla görünən yazarlarımız və düzənli bizi izləyən oxucularımız üçün əksiklik doğuracağı inancındayam.

Bəlkə bir başqa dərgi yerimizi doldurmaq çabasına düşə bilər. Amma bu nə qədər əslinə bənzəyəcəkdir? Hər dərgi öz bilgisi, bacarığı, təcrübəsi və birikimiylə başqa cür olma özəlliyini qorumalıdır.

- Dergi üçün əsərləri seçərkən nələrə öncəlik verirsiniz və hansı prinsiplərdən yola çıxırsınız?


"Patika"nın saytı çox sadə
- Bütün sənət növləri dərgimizdə özünə yer tapa bilər.

Sinema, televizyon, fotoğraf, ədəbiyyat, müzik, karikatür, plastik sanatlar kimi. Ayrıca, bütün ədəbiyyat janrlarına qapımız açıqdır.

Öykü, şeir, esse, gəzi, anı, incələmə, araşdırma, güncə, söyləşi, sormaca gibi. Daha öncə bir başqa yerdə kitablaşmamış ya da yayınlanmamış hər yazını dəyərləndirməyə alırıq.

Dərgini hazırlarkən populyar kültürün dışında kalmağa öncəliklə cəhd göstəririk. Seçim edərkən ilk baxdığımız özəllik bu olur.

Yaxşı mətinlər formasıyla özünü göstərir. Düşüncələrini açıqca ortaya qoyan, söz mamaçalığı etməyən, sözcüklərini ölçüb çəkib cümləyə alan mətinlərdən söz edirəm. Eyni zamanda necəliyi ilə birlikdə estetikanı önə çıxaran çalışmalardır bunlar.

Yaratdığı fərqliliyin bilincində olan heç bir yazar gəlişi gözəl yazmaz. Arxasında buraxacağı izi bilir. Yenidir, yenilikçidir.

Diqqətli oxucu bu cür yazıların maraqlısıdır. Oxuduğu yazının önəmini dəyərləndirir. Bax belə mətinlər bizim üçün önəm daşıyır.

Bizi və oxucunu həyəcanlandıracaq böyləsinə mətinlər gözləməyə bizim haqqımız var deyə düşünürəm.

- Sizin düşüncənizə görə Türkiyəli bir yazar tamamən özgür bir yazardırmı, deyilsə bunun nədənləri nələrdir?

- Zaman zaman kitabların topladıldığı, yasaqlandığı ya da haqqında məhkəmə açıldığı ortamda tam bir özgürlükdən söz etmək sanıram doğru olmayacaqdır.

Məhkəmə qərarlarıyla sənətin önü nə açıla bilər nə də qapadıla bilər. Əgər bir şeylər yanlışsa oxucu bunun arıtlanmasının yolunu bilir.

Qoyun bu qərarı oxucu versin. Yetişkin insanları düşüncə anlamında qorumaya qalxışmaqdır əsl yanlış olan.

Bu məsələ ilə bağlı durumları yaradan siyasi yanaşmalar bu nöqtədə ədəbiyyatın önünə keçə bilməz, ancaq keçdiyini düşünür.

- Azərbaycanda gəlişən gənc ədəbiyyatla hər hansı bir təmasınız varmı? Sizcə Azərbaycan yazarlarının Türkiyədə tanınması üçün nələrin yapılması gərəklidir?

- Keçmiş dönəmlərdən bəri yaxınlığı olan iki ölkə arasında kültürəl alış-verişə geniş imkanlar vardır. Lakin bu hələ yetərli səviyyəyə çatıbmı?

Bunu bilmirəm. Gənc yazarlarınızla onların bədii əsərləriylə tanış olmaq istəriz. Bu günədək dərgimizə böylə bir başvuru olmamışdır.

Nə Türk nə də Azəri yazarlarla bu günkü Azəri ədəbiyyatını tanıtmaq konusunda ortaq bir çalışmaya girmədik. Bunu yapmaq istərdik. Gərçi Azəri ədəbiyyatına ilişkin başqa dərgilərdə çıxan çalışmalar oxudum.

Tam burada bunu söyləmək istərdim. “Patika”da “Günümüz Azəri Şiirini və Şairlərini” tanıdan bir dosya çalışmasını gerçəkləşdirə bilərik.

Bunun Türklər tərəfindən deyil də Azərilər tərəfindən yapılması oxucumuz üçün ilgi çəkici olacaqdır. Bu bizim əlimizdədir. Yetərincə üzərində durulmadıysa bu gün başlaya bilərik.

Bir-birimizi daha yaxından tanımaq daha yaxşı anlaya bilmək adına bu fürsəti dəyərləndirəlim.

Yararlılığına inandığımız tanıtım çalışmalarına girişəcək dəyərli yazar dostlarımıza buradan qapılarımızı açdığımızı söyləməklə sözümüzü bitirəlim.

Göstərdiyiniz ilgi üçün təşəkkür edirəm.

"Alatoran"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG