Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:50

Suriyada daha 6 nümayişçi öldürülüb


Bazar günü Suriyanın Deraa şəhərində bir neçə müxalifət fəalının həbs olunduğu xəbər verilir.

Təhlükəsizlik qüvvələri şənbə günü şəhərdə keçirilən etiraz aksiyasını dağıdarkən 6 nümayişçi öldürülüb.

Hüquq müdafiəçiləri ümumilikdə son 6 həftə ərzində ölkədə 580 nümayişçinin öldürüldüyü xəbər verilir.

Böyük Britaniyanın baş naziri David Cameron Suriya hakimiyyətinin hərəkətini qəbuledilməz adlandırıb.

Avropa Birliyi silah embarqosu da daxil olmaqla Suriyaya qarşı sanksiyalar tətbiq etmək fikrindədir.

Birləşmiş Ştatlar bundan əvvəl Suriyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Müxalifət ölkənin iri şəhərlərində kütləvi aksiyalar keçirməyi planlaşdırır.
XS
SM
MD
LG