Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:36

Yəmən prezidenti böhranın həlliylə bağlı plana imza atmadı


Fars körfəzi ölkələri əməkdaşlıq şurası Yəməndəki siyasi böhranın həlliylə bağlı planın imzalanmasını təxirə salıb.

Məlumatlara görə Yəmən prezidenti Ali Abdullah Saleh şəxsən sənədə imza atmaqdan imtina etdiyinə və bunu hakim partiyanın nümayəndə heyətinə tapşırdığına görə, bazar günü Ər Ryadda keçirilməli olan mərasim təxirə salınıb.

Müxalifət buna görə prezidentə qarşı təzyiqlərin gücləndiriləcəyini bildirib.

Prezident Ali Abdullah Saleh bundan əvvəl toxunulmazlığına təminat veriləcəyi halda planı qəbul edib hakimiyyəti dinc yolla getməyə hazır olduğunu bildirmişdi.

Bu ilin yanvarından ölkədə prezidentin istefası tələbilə kütləvi etiraz aksiyaları keçirilir.
XS
SM
MD
LG