Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:26

İsrail Fələstinə verilməli olan vəsaiti ayırmır


İsrail vergi və gömrükdən yığılan pulların Fələstinin büdcəsinə köçürülməsini dayandırıb.

Buna səbəb Fələstində Həmasın iştirakıyla vahid hökumət yaratmaq planıdır.

İsrailin Maliyyə Nazirliyi bəyan edib ki, İsrail bu pulların Həmasın əlinə keçməyəcəyinə təminat almayınca, 89 milyon dollarlıq vəsait Fələstin muxtariyyətinin büdcəsinə köçürülməyəcək.

Sərhəd və gömrükdən gələn pullar Fələstinin büdcəsinin 2/3-ni təşkil edir.

Fələstin Muxtariyyətinin rəsmisi Saeb Erekat bildirib ki, israilin buna hüququ çatmır.
XS
SM
MD
LG