Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 07:51

II İohan Pavelə “Müqəddəslik siması” titulu verilib


6 il bundan əvvəl vəfat etmiş Roma papası II İohan Pavelə “müqəddəslik siması” titulu verilib.

Bunu onun davamçısı, Roma papası XVI Benedikt bazar günü Romadakı Pyotr kilsəsində keçirilmiş mərasimdə bəyan edib.

Polisin məlumatına görə mərasimdə 10 minlərlə polşalı da daxil olmaqla, milyona yaxın adam iştirak edib.

Mərasimdə iştirak edən dindarlardan biri Martinelli bunun böyük bayram və qələbə olduğunu deyib.

II İohan Pavel Roma-katolik kilsəsinə 1978-2005-ci illərdə rəhbərlik edib.
XS
SM
MD
LG