Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:57
Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Türkiyə-Ermənistan münasibətlərinin normallaşması mümkün deyil.

APA-nın “ CNN-Tük ” ə istinadla verdiyi məlumata görə, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan 12 iyun seçkilərilə bağlı İqdırda yerli sakinlər qarşısında çıxış edərkən deyib.

Ərdoğan qeyd edib ki, Qarabağ və Naxçıvan bizim məsələmizdir və Qarabağ problemi həll olunmayınca Ermənistanla əlaqələrin normallaşması mümkün deyil.

O həmçinin Naxçıvanla Türkiyə arasındakı yolun artıq hazır olduğunu və yaxın günlərdə açılacağını deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG