Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:54

Suriyada etirazlar getdikcə artır


Suriya müxalifəti ölkənin iri şəhərlərində kütləvi nümayişlər keçirməyi planlaşdırır.

Çərşənbə axşamı Banias və Ceblada, çərşənbə günü Homşda, cümə axşamı isə Livan sərhəddinin yaxınlığında yerləşən şəhərlərdə kütləvi nümayişlər nəzərdə tutulub.

Cümə günü isə etirazlar ümummili tətilə dönməlidir.

Müxalifət ölkədə islahatlar aparılması və prezident Başhar Al Assadın istefasını tələb edir.

Artıq təxminən 2 aydır ki, Suriyada etiraz aksiyaları keçirilir.

Bu müddət ərzində təhlükəsizlik qüvvələrilə toqquşmalarda yüzlərlə adam ölüb.

Təhlükəsizlik qüvvələri şənbə günü Dera şəhərində müxalifətin toplaşdığı məsçidi hücumla götürüb.
XS
SM
MD
LG