Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

Gaddafinin kiçik oğlu və 3 nəvəsi öldürülüb


Dünən Tripoli bombalanarkən Gaddafinin 29 yaşlı kiçik oğlu Saif al-Arab Gaddafi və 3 nəvəsi ölüb.

Amma Gaddafinin özünə bir şey olmayıb.

Evə bir neçə raket buraxılıb.

Amma NATO hədəfin Gaddafi yox, həmin rayondakı hərbi obyektlər olduğunu bəyan edib.

Ağ evin mətbuat katibi Cey Karni ( Cay Carney ) ABŞ hökumətinin bundan xəbərdar olduğunu və vəziyyəti izlədiyini deyib.

Jurnalistlər hadisə yerində olublar.

Bu, son 2 gün ərzində Tripolidə keçirilmiş ikinci hava əməliyyatıdır.

Şənbə günü səhər isə Gaddafi televiziyayla çıxış edərkən televiziyanın ətrafındakı obyektlər vurulmuşdu.

Gaddafi çıxışında NATO-nu dialoqa çağırsa da müxalifət təklifi qəbul etməyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG