Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 14:03
Reuters məlumat verir ki, NATO qoşunlarının hücumu zamanı Muammar Qəddafinn 29 yaşlı oğlu Seyfül Ərəblə yanaşı 3 nəvəsi ölüb.

Liviya hökumət sözçüsü Musa İbrahim açıqlamasında, Seyfül Ərəbin 29 yaşında olduğunu və Almaniyada təhsil aldığını bildirib.

Musa İbrahim, hücum zamanı Muammar Gaddafinin həyat yoldaşıyla birlikdə evdə olduğunu, ancaq hər ikisinin hücumdan zərər çəkmədən xilas olduğunu deyib.

Liviya müxalifəti ölkə lideri Müəmmər Qəddafinin atəşkəs təklifini rədd etmişdi.

Onlar «kompromis dövrünün keçdiyini» deyiblər.

Aprelin 30-da dövlət televiziyası ilə çıxışında Qəddafi NATO-nun Liviyadakı hədəfləri vurnasına son qoyulması üçün alyansla danışıqlara hazır olduğunu dilə gətirib.

Üsyançıların nümayəndəsi deyib ki, Qəddafiyə inam itib, o, əvvəllər atəşkəs etsə də, onu pozub.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG