Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:52
Mayın 1-i zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günüdür.

20 il əvvələ kimi bu gün Azərbaycanda da rəsmən qeyd edilirdi. Həmin gün qeyri-iş günü elan olunur, iri şəhərlərdə nümayişlər keçirilirdi. Mayın 2-də isə zəhmətkeşlər bayramı təbiət qoynunda qeyd etməyə tələsirdi. «Mayovka» ifadəsi yəqin ki, çoxunun yaddaşındadır.

Amma 1992-ci ildə müstəqil Azərbaycanın yeni hökuməti bu bayramı ləğv etdi. Səbəb kimi onun totalitar rejimin atributu olması göstərildi.

2008-ci ildə o zamankı deputat Pənah Hüseyn parlamentdə bu bayramın bərpasını təklif etmişdi:

«Müstəqil həmkarlar ittifaqı meydana gəlsə, onlar işçilərin hüquqlarının müdafiəsi üçün konkret addımlar atsa və dünya ölkələrinin bir çoxunun həmkarlar ittifaqları kimi bayramı qeyd etsələr, məncə, bu, Azərbaycanda işçilərin hüquqlarının mənafelərinin müdafiəsinə kömək edə bilər».

Amma bu təklif rədd edilmişdi.

Bu günün tarixinə baxaq.

1886-cı il mayın 1-də ABŞ-ın Çikaqo şəhərində 300 mindən çox fəhlə 8 saatlıq iş günü və istirahət tələbi ilə nümayişə çıxıb.

Az sonra Amerikanın başqa sənaye mərkəzlərində eyni tələblə tətillər başlayıb.

Üç il sonra - 1889-cu ildə Sosialist İntenasionalının Praqa konqresi 1 mayı Dünya Zəhmətkeşlərinin Həmrəiylik Günü kimi rəsmiləşdirib.

Beləliklə, 1890-cı ildən mayın 1-i zəhmətkeşlər günü kimi qeyd olunmağa başlayıb.

SSRİ yaradılandan sonra bu gün dövlət bayramı statusu alıb və geniş şəkildə keçirilib. Bu ölkə dağılandan sonra bayramın əvvəlki önəmi və onunla bağlı ənənələr də unudulub.

Bayram indi də bəzi ölkələrdə əmək günü və ya zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü kimi keçirilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG