Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 13:53

Asiyada qadın kişinin maaşının 70-90 faizi qədər alır


Asiyada qadınlar arasında işsizlik kişilərə nisbətən azdır

Asiyada qadınlar arasında işsizlik kişilərə nisbətən azdır

Asiyada qadınların yaxşı iş tapmaq imkanlarının pis olması regiona milyardlarla dollara başa gəlir.

Asiya İnkişaf Bankı və Beynəlxalq Əmək Təşkilatının hazırladıqları hesabatda deyilir ki, Asiyanın iqtisadi dinamikasının mühərriki həmişə qadınlar olub.

Hesabata əsasən, Asiyada əməkqabiliyyətli qadınların 45 faizi işləmir. Kişilərin isə 19 faizi işsizdir. İşəgötürənlər ayrı-seçkilik edir, qadınlarla kişilərə fərq qoyur. Bunun nəticəsində

ASİYA - SAKİT OKEAN REGİONU HƏR İL 42-47 MİLYARD DOLLAR İTİRİR.

Buna baxmayaraq ki, qadınlar arasında işsizlik kişilərə nisbətən azdır. 2009-da qadınlar arasında 4.3, kişilər arasında isə 4.7 faiz idi. Ancaq bu o demək deyil ki, qadınların işlədiyi işlər daha yaxşıdır. Qadınların işlərinin çoxu az maaşlıdır, həm də qeyri-rəsmi işlərdir.

Əmək intensivliyi yüksək olan emalatxana işlərində qadınlara tələbat böyükdür, çünki

QADINLAR DAHA AZ ƏMƏKHAQQINA QANE OLURLAR.

Bundan başqa, onları idarə etmək daha asandır, nəinki kişiləri. Həm də qadınlar həmkar ittifaqları yaratmağa az meylli olurlar. Onları ailə qurandan və dünyaya uşaq gətirəndən sonra işdən çıxarmaq da daha asandır.

Hesabatda deyilir ki, Asiyada işləyən qadınların 48.2 faizi kənd təsərrüfatında çalışır, kişilərin isə 38.9 faizi. Sənaye sahəsində qadınların 18, kişilərin isə 26.2 faizi işləyir.

Hətta SƏHİYYƏ VƏ TƏHSİL SAHƏLƏRİNDƏ BELƏ QADINLAR AŞAĞI VƏZİFƏLƏRDƏ TƏMSİL OLUNURLAR.

Məsələn, səhiyyə sahəsində həkimlər kişilər, tibb bacıları qadınlar olur. Ya da tədris sahəsində kişilər universitetlərdə, qadınlar isə məktəbdə dərs deyir. Bunun nəticəsində qadınların maaşı kişilərin maaşının 70-90 faizi qədər olur.

Günün bütün mövzuları

XS
SM
MD
LG