Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:25

Axısxa türkləri geri dönür


Axısxa türklərinin Gürcüstandakı doğma yurdlarına qaytarılması üçün xüsusi köç komissiyası yaradılıb və artıq gələn ilin əvvəllərindən prosesə başlanıla bilər.

APA-nın məlumatına görə, bu barədə Axısxa türkləri «Vətən» cəmiyyəti İdarə Heyətinin sədri Şəmsəddin Sərvərov məlumat verib.

Şəmsəddin Sərvərov qeyd edib ki, Axısxa türklərinin Gürcüstana qayıdışı ilə bağlı Tbilisinin Avropa Şurası qarşısında götürdüyü öhdəliyin müddəti bu il bitdiyindən, prosesin müddəti uzadılacaq.

Onun sözlərinə görə, köçürülmə mərhələlərlə həyata keçiriləcək.

Bura müvafiq qərarın qəbulu, qayıdışla bağlı ərizələrin toplanması, geri qayıdanlara status verilməsi və s. məsələlər daxildir və hazırda bu məsələlər Gürcüstan tərəfi ilə müzakirə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG