Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:29

Gaddafi NATO-nu danışıqlara çağırıb


Liviya lideri Muammar Gaddafi şənbə günü televiziyayla çıxışında hərbi əməliyyatlara son qoymaq üçün NATO-la danışıqlara hazır olduğunu bəyan edib.

Gaddafi bütün tərəflərin iştirakıyla atəşkəsə hazır olduğunu və hakimiyyətdən getmək fikrində olmadığını bildirib.

Məlumatlara görə, NATO təyyarələri paytaxt Tripolidə televiziya binasının ətrafındakı hədəfləri vurublar.

Dövlətin nəzarətində olan kütləvi informasiya vasitələri bunu Gaddafini öldürməyə cəhd kimi qələmə verirlər.

Bu ilin fevralından Liviyada üsyançılarla Gaddafi qüvvələri arasında qarşıdurma, döyüşlər gedir.

NATO təyyarələri BMT-nin təhlükəsizlik şurasının qətnaməsinə uyğun olaraq, mülki sakinləri qorumaq üçün ölkədə əməliyyatlar aparır, Gaddafi qüvvələrinin mövqelərini bombalayırlar.
XS
SM
MD
LG