Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:23

Taliban hücuma keçir


Taliban Əfqanıstanda hökumət və beynəlxalq koalisiya qüvələrinə qarşı hərbi hücuma başladığını bəyan edib.

Talibançılar yerli sakinləri mümkün hücum həfədlərindən uzaq durmağa çağırıblar.

Bura hərbi bazalar, aerodromlar, koalisiya qüvvələrinə yük aparan hərbi karvanlar və digər obyektlər daxildir.

Beynəlxalq koalisiya qüvvələrinin yüksək səlahiyyətli nümayəndəsi bu günlərdə bildirmişdi ki, əldə olan məlumata görə talibançılar iri miqyaslı hərbi əməliyyata hazırlaşırlar.

2010-cu ildə Əfqanıstanda yaraqlıların fəallaşdığı, hücum və partlayışların artdığı müşahidə olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG