Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:25

«Şahdəniz-2» təbii qazının Avropaya nəqli məsələsində razılaşma əldə edilib


«Şahdəniz»

«Şahdəniz»

Türkiyənin İstanbul şəhərində Türkiyə ilə Azərbaycan arasında təbii qazın alqı-satqısı və tranziti ətrafında müzakirələr aparılıb.

Müzakirələrdə Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız iştirak ediblər.

Müzakirələrin yekununa dair keçirilən mətbuat konfransında Natiq Əliyev bildirib ki, iki ölkə arasında imzalanacaq sənədlər Azərbaycan təbii qazının Avropaya nəqli və Türkiyəyə satışı şərtlərini müəyyən edəcək. Bu sazişlər iki ölkənin şirkətləri ilə yanaşı, beynəlxalq şirkətlər üçün də vacibdir. Tərəflər bu sənədlər üzərində işi tamamladıqdan sonra imzalanma mərasimi keçiriləcək.

Öz növbəsində, Taner Yıldız bildirib ki, təbii qaz satışı və tranziti üzrə 5 məsələ müzakirə olunub. «Şahdəniz-2» təbii qazının Avropaya nəqli məsələsində razılaşma əldə edilib. İki ölkə arasında imzalanacaq sazişin tranzit şərtlərinin təkmilləşdirilməsi üçün işlər davam edəcək.

Təkcə tranzit məsələlərinə dair sənədlər 130 səhifədən ibarətdir. Bütün bunlar iki həftədə yekunlaşa bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG