Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:38

Nemətullah Kişvəri. Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb


Xəstə canım çəkdi ah, ol nərgisi-fəttan görüb,
Avçı tək kim, ox çıxarub səlbdən ceyran görüb.

Həlqəyi-zülfini görgəc könlümün əfğanıdur,
Tiflyanlıq kim, çığırğay nagəhan yilan görüb.

Gözlərim qanın görüb qaçdı qara yüzlü rəqib,
Yoxdurur, cana, əcəb gər qaçsa hindu qan görüb.

Ləblərin öpgəc əlimdən getdi ol zülfü-siyah,
Brəhmən küfrin unutdu ləzzəti-iman görüb.

Kişvəri qaçmaz ğəmindən necə kim, var canı kim,
Yüz çevirməz ləşgəri, sultanidən ehsan görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG