Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:11

Nemətullah Kişvəri. Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib


Vay kim, olmaz mana ol lə’li-ruhəfza nəsib,
Ləblərinin şərbətindən binəsibəm, ya nəsib.

Sancılur kiprikləri könlümə sorsam lə’lini,
Bolmadı vəh kim, mana bir xarsız xurma nəsib.

Gülşəni-kuyunğa, ey huri, rəqib niçün girir,
Kafirə çün bolmaz irür cənnətül-məva nəsib.

Artuğ-əskük boldular səndən nəsib əhli-vəfa,
Bolmuşam rüsvaylığ, səndən mənə rüsva nəsib.

Guşəşi-bifayidə niçündürür, ey Kişvəri,
Bişü kəm çün hiç kimə bolmaz nəsib, illa nəsib.

Günün bütün mövzuları

XS
SM
MD
LG