Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:03

Nemətullah Kişvəri. Ey pəriləb, demə həq bir parə can vermiş sana


Ey pəriləb, demə həq bir parə can vermiş sana,
Çeşmeyi-heyvan deyib, şəkli-dəhan vermiş sana.

Karigahi-afəriniş içrə guya dəsti-sün,
Rişteyi-can birlə peyvəndi-miyan vermiş sana.

Qıldı qurban kirpigün navəklərilən könlümü,
Ol ki çatmaqaşidən iki kəman vermiş sana.

Arizin bağı su içər çeşmeyi-xurşiddən
Demə ariz kim, behişti-cavidan vermiş sana.

Ol kim axıtdı gözindən ərğəvani yaşlar,
Türreyi-şümşadü rəngi-ərğəvan vermiş sana.

Kişvərini qılma növmid, ey gözəllər şahi kim,
Çoxdan ol biçarə ümmidilə can vermiş sana.

Günün bütün mövzuları

XS
SM
MD
LG