Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:28

Nemətullah Kişvəri. Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana


Çün cəmalın pərtövi-sübhi-kəramətdür mana,
Bir nəfəs kim, görməzəm şami-qiyamətdür mana.

Səndən ayru kim, diri qaldım anunçün dəmbədəm,
Dişləyib ağzımda əngüşti-nədamətdür mana.

Sanma kim, yağan doludur hər bahar əflakdən
Kim, zəmanə yağdırıb; səngi-məlamətdür mana.

Gözlərün dövrində, yarəb kim, zəvali bulmasın
Guşeyi-meyxanə kim, cayi-iqamətdür mana.

Mən məlamət kuyinin ovbaşiyəm, ey Kişvəri,
Adı bədnam eyləyən rindü səlamətdür mana.
XS
SM
MD
LG