Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:21

Prezident ABŞ-a və Mərakeşı başsağlığı göndərib


Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Barack Obamaya başsağılı göndərib. O, ABŞ-da baş vermiş təbii fəlakət nəticəsində çoxsaylı insan tələfatı və dağıtılara görə prezidentə və həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzuladığını qeyd edir.

Son günlər ABŞ-ın cənubundakı 5 ştatda baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 315 nəfərə çatıb. Alabama ştatı daha çox ziyan çəkib. Burada 200-dən çox adam həlak olub. Yüzlərlə bina uçub, yollar dağılıb, elektrik enerjisi kəsilib.
Alabama, Missisipi və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib.
ABŞ metroloji xidmətinin məlumatına görə, ölkə ərazisində belə güclü qasırğa sonuncu dəfə 1974-cü ilin aprelində olub.

Prezident İlham Əliyev Mərakeşin kralı VI Məhəmmədə də başsağılı göndərib. Prezident dünən Mərakeş şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatına görə hiddətləndiyini, terrorizmə qarşı mübarizəni hər cür dəstəklədiyini qeyd edir.

Mərakeş hökuməti bildirib ki, dünən ölkə paytaxtındakı kafelərdən birində törədilmiş terror aktında “Əl-Qaidə”nin əli olub. Həmin partlayışda 16 adam ölüb, 20 nəfər yaralanıb. Ölənlərdən 11-i xarici ölkə vətəndaşlarıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG