Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:42

Müsavatçının oğluna 7 sutka verildi


Müsavat Partiyası Qubadlı rayon təşkilatının sədr müavini Nazim Əliyevin oğlu Nurlan Əliyevə 7 sutka cəza verilib.

Yaxınlarının AzadlıqRadiosuna verdiyi məlumata görə, Nurlan Əliyev aprelin 28-də 4 saylı Sumqayıt şəhər Polis İdarəsinə çağırılıb. Bir neçə saat orda İctimai Palata ilə bağlı sorğu-sual edilsə də, günün sonunda buraxılıb.

Amma aprelin 29-da təkrar Polis İdarəsinə aparılıb.

Bundan sonra məhkəmə keçirilib və polisə müqavimət göstərməkdə ittiham olunub və ona 7 sutka həbs cəzası verilib.

Nurlan Əliyevin atası Nazim Əliyev aprelin 17-də İctimai Palatanın aksiyası zamanı 5 sutka həbs cəzası almışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG