Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:12
İctimai Palata demokratik dəyişikliklər haqqında yol xəritəsi hazırlayıb, onu hakimiyyətə və xalqa təqdim etməlidir. Bunu AXCP sədri Əli Kərimli İctimai Palatanın aprelin 29-da keçirilən sessiyasına qarşıda duran vəzifələrdən danışarkən deyib.

«AZƏRBAYCANDA DEMOKRATİK DƏYİŞİKLİKLƏRİN, KÖKLÜ İSLAHATLARIN YOL XƏRİTƏSİ»

«Biz açıq şəkildə, demokratiyaya keçidin mexanizmi ilə bağlı təkliflərimizi də xalqa, ictimaiyyətə və hökumətə təqdim etməliyik. O baxımdan hesab edirəm ki, yaxın vaxtlarda İctimai Palata «Azərbaycanda demokratik dəyişikliklərin, köklü islahatların yol xəritəsi» şərti adı altında bir sənədi ictimaiyyətə təqdim etməlidir».

Əli Kərimli deyir ki, avtoritarizm şəraitində ölkədə demokratiyanı bərqərar etmək hər hansı bir siyasi partiyanın, ictimai hərəkatın deyil, bütövlükdə xalqın görəcəyi işdir. Ona görə də daha çox vətəndaşı bu mübarizəyə cəlb etmək üçün İctimai Palata öz fəaliyyətinin yeni istiqamətlərini müəyyən etməlidir. Onun fikrincə, ilk növbədə hansı islahatları, dəyişiklikləri həyata keçirmək istədiyi ilə bağlı İctimai Palata geniş təbliğat işi aparmalıdır.

QADINLAR VƏ İCTİMAİ TƏHQİQATLAR ŞURASI YARADILDI


Sessiyada İctimai Palataya daha 25 nəfər üzv qəbul olunub. Bundan sonra koordinasiya Şurasının təklifi ilə İctimai Palatanın Qadınlar Şurası yaradılıb. Qadınlar şurasına AXCP sədrinin müavini Gözəl Bayramlı sədr seçilib.

Gözəl Bayramlı
Həbslər, təzyiqlər və eləcə də saxlanılanlara işgəncə verilməsi kimi halların araşdırılması üçün yaradılan İctimai Təhqiqatlar Şurasına isə Vidadi İsgəndərli sədr seçilib.

Sessiyada bundan sonra İctimai Palatanın növbəti addımları barədə təkliflər səslənib. Çıxışlar əsasən hakimiyyətin aksiyalara qarşı davranışının heç kimi qorxutmadığı və tezliklə növbəti mitinqin keçirilməsi əhvalına köklənib.

Müsavat partiyasından Mustafa Hacılı deyib ki, İctimai Palatanın hakimiyyətdən qorxmadığını təsdiqləmək üçün elə bu iclasdaca növbəti mitinqin günü barədə qərar verilməlidir.

«Hakimiyyət bizə qarşı hücuma keçib. Biz vəziyyəti bilirik. Heç də manyakcasına mitinq tərəfdarı deyilik. Amma vəziyyət növbəti qərarlarımızın bizə verə biləcəyi müsbət və mənfi tərəflərini hesablamağı zəruri edir. Mən təklif edirəm ki, may ayının 15-də növbəti mitinq keçirilsin».

MİTİNQ QƏRARI TƏXİRƏ SALINDI


Mustafa Hacılı deyib ki, əgər bu qərar verilsə, İctimai Palatanın qorxmadığını ictimaiyyət də görəcək. Yox əgər qərar verilməsə, hər hansı izahatdan asılı olmayaraq bu cəmiyyətdə əks effekt doğuracaq.

Amma onun təklifi qəbul edilməyib. Müsavat partiyasının qərərgahında bir neçə saat davam edən iclasda belə razılığa gəlinib ki, bu məsələdə qərarın verilməsi qurumun koordinasiya şurasına saxlansın.

Koordinasiya Şurasının növbəti yığıncağı isə mayın 8-nə nəzərdə tutulub.

Şərhləri göstər

XS
SM
MD
LG