Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:13

Suriyada daha 32 nəfər həlak olub


Suriyada Moaret Al-Nomanda keçirilən mitinqlər, 29 aprel 2011
Suriyada Moaret Al-Nomanda keçirilən mitinqlər, 29 aprel 2011
Suriyadan gələn xəbərlərə görə ölkə boyu minlərlə adam küçələrə çıxaraq siyasi islahatlar tələb edir, hökumətin demokratiya tərəfdarlarının mitinqlərini dağıtmasına etiraz edirlər. Şahidlər aksiyaların paytaxt Dəməşqin yaxınlığında, Homs, Banisa şəhərlərində, eləcə də ölkənin sahilyanı ərazilərində keçirildiyini bildirirlər. İnsan haqları fəalları bu gün təhlükəsizlik qüvvələri ilə toqquşmalarda azı 32 nəfərin həlak olduğunu bildirirlər.

Yerli sakinlər Latakia şəhərində polisin mitinq iştirakçılarına atəş açdıqlarını deyirlər.

Deraa şəhərində bu gün də təhlükəsizlik qüvvələri ilə toqquşmalar olub. Dörd əsgər və yeddi mülki sakin həlak olub.

Suriyada qadağan edilmiş Müsəlman Qardaşlığı təşkilatı da öz tərəfdarlarını bu gün prezident Bashar al-Assad əleyhinə mitinqlərə qoşulmağa çağırıb. Son altı həftədə keçirilən etiraz aksiyalarında ilk dəfədir ki, Müsəlman Qardaşlığı da prosesə qoşulur.

Bu günü Suriyada müxalifət tərəfdarları “qəzəb günü” elan ediblər. Küçələrə çıxanlar Deraa əhalisini dəstəkləyəcək. Bu şəhərdə keçən həftə hökumət qoşunları ilə müxalifətçilər arasında qanlı toqquşmalar olmuşdu.

Avropa Birliyi rəhbərliyi bu gün Suriya hökumətinə qarşı mümkün sanksiyalar məsələsini müzakirə edəcək. Söhbət çoxmilyonlu qrant və kreditlərdən, hesabların dondurulmasından və hökumət nümayəndələrinin Avropa Birliyi ölkələrinə səfərlərinə qoyulacaq qadağalardan gedir.

İnsan haqları fəalları hökumət qüvvələrinin mitinqlərə müdaxiləsi ilə indiyə qədər 500 nəfərdən çox adamın həlak olduğunu bildirirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG