Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:05

Prezident Milli Elmlər Akademiyasının maddi-texniki bazasını möhkəmləndirməyi tapşırdı


Milli Elmlər Akademiyası

Milli Elmlər Akademiyası

Prezident İlham Əliyev Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqda sərəncam verib.

Sərəncamda AMEA-nın Mərkəzi Kitabxanası üçün yeni bina tikiləcəyi deyilir. Bu kitabxananın 2011-2013-cü illərdə «Akademiya şəhərciyi» ərazisində (Hüseyn Cavid prospekti, 31) inşası nəzərdə tutulur.

Milli Elmlər Akademiyasının Rəyasət Heyətinə tapşırılır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə «Xəzər Elmi Tədqiqat Mərkəzi»nin yaradılması ilə bağlı təkliflərini hazırlasın.

Rəyasət Heyəti habelə, neft-kimya yönümlü institutların zəruri avadanlıqlarla təchiz edilməsinə dair təkliflər də hazırlamalıdır.

Sərəncama əsasən, «Akademiya şəhərciyi»ndə yerləşən Fizika və Geologiya institutlarının, eləcə də Sumqayıt şəhərində yerləşən Polimer Materialları İnstitutunun binaları 2011-2012-ci illərdə təmir olunmalıdır.

Sənəddə «Akademiya şəhərciyi» ərazisindəki qeyri-akademik qurumların köçürülməsi də qeyd olunur.

Günün bütün mövzuları

XS
SM
MD
LG