Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 04:52

İsa Qəmbər: «Öz mövqeyimizə də, repressiyalara dözümümüzə də əminik»


İsa Qəmbər
İsa Qəmbər
Müsavat başqanı İsa Qəmbər aprelin 29-da səhər saat 11-dən 15:30-dək Bakı şəhər Baş Polis İdarəsində ifadə verib.

O, bir neçə gün öncə də ifadə vermişdi.

İsa Qəmbər AzadlıqRadiosuna deyib ki, BŞBPİ-də təkrar dindirilməsini istintaqın gedişində yeni sualların yaranması ilə izah ediblər:

«Mənə verilən suallar yenə də 2 aprel mitinqi, İctimai Palatanın idarə olunma prinsipləri və qərar qəbul olunma proseduru ilə bağlıydı. Eyni zamanda, mənim bir sıra çıxışlarımdan, əsasən İctimai Palatanın sessiyalarındakı çıxışlarımdan, mitinq mövzusundakı çağırışlarımdan sitatlar gətirərək suallar verirdilər».

İsa Qəmbər deyir ki, istintaqa çağırılması onu İctimai Palatanın sessiyasında iştirakdan məhrum edib. O, başqa gün ifadə verməyi təklif etsə də, qarşı tərəf razılaşmayıb:

«İstintaqın gedişindən nə gözləyirsiz, yeni həbslər mümkündürmü» sualına Müsavat başqanı belə cavab verdi:

«Məsələnin hüquqi tərəfini götürəndə, nə yeni ifadələrə ehtiyac var, nə də həbslərə. Bu həbslər qanunsuzdur, cinayət işi də saxta və quramadır. Buna görə də mitinq təşkilatçılarına qarşı saxta cinayət işinə xitam verilməlidir. Əksinə, mitinqin qarşısını alanlarla bağlı araşdırma aparılmalıdır. Bu, məsələnin hüquqi tərəfidir. Amma bizim hakimiyyətdən hər cür qeyri-adi, analoqu olmayan qərarlar gözləmək olar».

Müsavat başqanının «həbsinizi gözləyirsizmi» sualına verdiyi cavabı da eşidək:

«Bizim narahatlığımız yoxdur. Öz mövqeyimizə də, repressiyalara dözümümüzə də əminik».

İctimai Palatanın 2 aprel mitinqi ilə bağlı Cinayət Məcəlləsinin 233-cü maddəsi ilə iş açılıb, 10-dan artıq müxalifətçi həbs edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG