Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:20

Seyid Əzim Şirvani. QAZİ HACI MOLLA MƏHƏMMƏD MƏLİKKƏNDLİYƏ


Görmüşəm xitteyi-islamdə bihəd qazi,
Var hər mülkdə yüz mollavü həm səd qazi,
Rəsmi-qanundu əzəldən ki, olur bəd qazi,
Leyk mən görməmişəm bir belə mürtəd qazi,
Hansı qazi? - desələr, Molla Məhəmməd qazi.
Vəh nə qazi ki, ləin ibn ləin ibn ləin,
Mülhidü müfsidü mərdudü şəqi, düşməni-din,
Olacaqdır ona axırda qənim şəri-mübin –
Ki, qılıb qaziliyi cifeyi-dünyayə kəmin,
Eyləyibdir özünü nəfsə müqəyyəd qazi.
İki kəs şərə gedib, versə biri iki manat,
Söz onundur ki, verib pul, nə qəmi, tapdı nicat,
Tez yazıb hökm verir qaziyi-şirinhərəkat,
Bu tərəfdən verə məğbun olan üç danə manat,
Filfövr yazdığı hökmün eləyər rəd qazi.
Təng olubdur bu şəririn sitəmindən aləm,
Yoxdu bir kimsə ki, şərrindən onun çəkməyə qəm,
Füqərayə bu qədər kim, eləyir cövrü sitəm,
Bu sözü bavər edin, qadiri-qəhharə qəsəm,
Yanacaq nari-cəhənnəmdə müxəlləd qazi.
Dursa öz qaziliyində döyü çox da nöqsan,
Deyərik: - neynək, edib qaziliyi hiyieyi-nan,
Gündə bir surətə təbdil olu misli-şeytan
Gah yasovuldu, gəhi mirzə, gəhi rüşvətalan,
Döyü bıı fasiqi-zənqəhbə mücərrəd qazi.
Gah gedir Misrə, gəhi Kufəyə, gahi Hələbə,
Gah əfəndi olu, gah suxtə, gahi tələbə,
Gah edir qaziliyi pişə misali-kəsəbə,
Qorxuram seyyid ola, əl qata axır nəsəbə,
Məni bari götürə övladına cəd qazi.
Annamaz heç sözün heysabü biheysabısın,
İsqıyar gündə minib kəndləri qırxıq yabısın,
Cəra edib başına harda adamın qullabısın,
İldə bir yol tanımaz məscidü məbəd qapısın,
Etdi müfrədxananı məscidü məbəd qazi.
Getdi səd heyf, a köpək, Tarxanovun dövrani –
Ki, tapaydm ona bir mahsifət oğlani,
Hac Kamal oğlu Təqi kimi tapaydın nani,
Eyləyəydin yenə qazi oluban divani,
Eyləyəydi səni bu mülkə mücəddəd qazi.
İstəsən xəlqin əgər könlünü razi edəsən,
Cümlə təshiri-dili-əhli-ərazi edəsən,
Bəs gərək arvaduvun felini mazi edəsən,
Cəhd qıl ki, bala qardaşuvu qazi edəsən,
Lotular tovlamağa yaxşıdı əmrəd qazi...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG