Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:43

Seyid Əzim Şirvani. ƏRƏB ƏFƏNDİZADƏ MAHMUD ƏFƏNDİYƏ


Var ərzi-salamım sənə, biçarə əfəndi,
Ey əsl vətəndən düşən avarə, əfəndi,
İqbalı dönən dəhrdə idbarə, əfəndi,
Vey tiri-cəfadən cigəri yarə əfəndi,
Biçarə kişi, bikəsü bikarə əfəndi!
Agahü xəbərdar ol, əya arifü kamil,
Bir siz təki alim nə rəvadır ola cahil,
Bir para xəbərsizdən olubdur bizə vasil,
Bir mətləb o ətvardən olmaz sənə hasil,
Təğyir münasibdü bu ətvarə, əfəndi!
Ol gün ki, səni xəlq elədi xaliqi-əkbər,
Həm ruziyi-ruzii şəbüvi qıldı müqərrər,
Hər yerdə ki, olsan çatacaq rizqi-müqəddər,
Bir parə çörəkdən ötəri fikr elə axər,
Dönmək nə rəva rubəhi-məkkarə, əfəndi!
Qeybət nə rəvadır, kişi, tərk et bu sifatı,
Yaxşıydı Ağa bəy sənə verdikdə bəratı,
Hər il düyünü, buğdanı, arpanı, həm atı,
Yaxşıydı kəsəndə çuxanı, kürki-Heratı,
İndi yaman oldu, a yüzi qarə əfəndi?
Bihal gəlib Sədərəyə, hal ilə getdin,
Yəni ki, doşab ilə, bal ilə getdin,
Həm atü öküz, bir neçə baş mal ilə getdin,
Şahanə qəbavü kəmərü şal ilə getdin,
Döndərmiş idin vəsfüvi tüccarə, əfəndi.
Qorxma Ağa bəydən, o deyildir elə övlad –
Kim, sən təki biçarələrə eyləyə bidad,
Sən kimi deyil təbi onun pisliyə mötad,
Sidq ilə çağırsan yenə eylər sənə imdad,
Hər yerdə fələk salsa səni darə, əfəndi.

Günün bütün mövzuları

XS
SM
MD
LG