Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:18

Seyid Əzim Şirvani. Hümayini həcv


Ey Hümayi, bu nə ətvardi izhar elədin,
Çərxi-bədmehr kimi zülmü pədidar elədin,
Sübhi-kazib kimi sadiq yüzünü tar etədin,
Sadiqin sabiti-əşkin yüzə səyyar elədin,
Şəfəqi-əşk ilə rüxsarını gülnar elədin?
Dostluqda nə üçün gozləmədin əndazə,
Düşmən oldun niyə ol sərvqədü tənnazə,
Qəleyi-Şişəyə saldın gedibən avazə -
Ki, filani rüxi-zibayə urardı ğazə,
Şahidi-qismətə məşşatəlik izhar elədin.
Sadiqin naməsi gəldi mənə, ey talibi-raz,
Sanki yazmışdı onu naz ilə Məhmudə Əyaz,
Leyk başdan-ayağa şikvə idi, suzü güdaz,
Görünür eşqi-həqiqin demisən eşqi-məcaz,
Ey bəradər, nə üçün sən belə rəftar elədin?
Sadiqin vəsfini dastanə gətirdin sən özün,
Gedibən kişvəri-Şirvanə gətirdin sən özün,
Töhfə tək bəzmi-Süleymanə gətirdin son özün,
Mindirib rəxşini meydanə gətirdin son özün,
Vəsfini aləmə firdovs kimi car elədin.
Ey əzizim, gəlibən şur ilə göftarə özün,
Eylədin xəlqi Züleyxa rüxi-dildarə özün,
Çəkdin ol Yusifi-gülçöhrəni bazarə özün,
Eylədin ərz mətaini xəridarə özün,
Sonra döndün niyə bəs təlqi-xəridar elədin?
Ey Hümayi, qəsəm ol padşəhi-qəhharə -
Ki, veribdir qulağa səm, gözə nəzzarə,
Hüsndə yusif ola gər o məhi-səyyarə,
Olmayıb pirəhəni-isməti hərgiz parə,
Yox yerə sən bu işi bir qərəzin var elədin.
Xud tutaq Sadiqə lazım görünürdü böhtan,
Neyləmişdi sənə Mahmud ağa, ey ruhi-rəvan?
Şərm edib gözləmədin həqqi-nəmək, hörməti-nan,
Gedibən Qələyə həqqində danışdın hədyan,
Filhəqiqə, nə onu, sən özüvi xar elədin.
Ağanın neməti-əlvanı gözündən gəlsin!
Süfreyi-bəzmi-Süleymanı gözündən gəlsin!
Kababı, çaxırı, büryanı gözündən gəlsin!
Meyi olsun cigərin qanı, gözündən gəlsin!
Çünki həqqində olan feyzini inkar elədin.
Gəlmisən bir neçə dəfə sən özün Şirvanə,
Hüsndə bənzər idin mehrü məhi-tabanə,
Sənə də Mahmud ağa etdi xəyanət, ya nə?
Niyə bica yerə saldın kişini böhtanə?
Binəvanın nə üçün fisqini iqrar elədin?
Nəğəmat əhlinə Mahmud ağanın rəğbəti var,
Bilməyən yoxdu, bu əsrarə onun şöhrəti var,
Gər ola, həqqi də vardır, kişinin dövləti var,
Dövləti, mərifəti, ləzzəti var, hörməti var.
Sən bu zahir işi bais nədir inkar elədin? [...]

Günün bütün mövzuları

XS
SM
MD
LG