Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:34

Seyid Əzim Şirvani. Nəsrəddin şahın həcvində


Nasirəddin şəhi-adil ki, səmimi-dildən,
Ömri-tulanıdı həqdən ona daim diləyim.
Gəzdi Rusiyyəni, həm Rumü Firəngistanı,
Tutdu avazəsi afaqı, açıldı ürəyim.
Xəlq derlərdi ki, İskəndəri-sanidir şah,
Bu səyahətdə dəxi qalmadı bir zərrə şəkim.
Bu xəbər çıxdı ki, nagah gəlir Şirvanə,
O güli-gülşəni-İran, açıldı çıçəyim.
Hər o şəxsin ki, evi uçmuş idi, zəlzələdən,
Dedi kim, şah gəlir, oidu qızıldan dirəyim.
Şüəra, həm füqəra cümləsi göz dikdi yola,
Filhəqiqət ki, rəhi-şahə dıkildi bəbəyim.
Mən də bir türki qəsidə yazıb inşa elədim,
Duzlu, şirin söz idi, nə özümü nəzmə çəkim.
Həqqi, zənnim budu kim, söz tanıyan kimsədi şah,
Sayeyi-qadiri-sübhan olacaqdır köməyim.
Qissə kutəh, gecədən bir neçə pas ötmüş idi,
Şəhrə şəh varid olub yatdı, qutardı küləyim.
Sübh mindi karuta*, sürət ilə oldu rəvan,
İltifat etmədi bir şəxsə nə arif, nə həkim,
Tutdular xəlq çörək, kəsmədi çün bir löğmə,
Görüb ol surəti bildim ki, kəsildi çörəyim.
Nə mənim şerimə baxdı, o nə dərvişlərə,
Dedi: bu xəlqdən əfzəldi mənə bir qəpəyim.
Dedilər kim, mənə bu qissəyə yaz bır tarix,
Mən dedim kim, demənəm, zaye olubdur əməyim.
Leyk Seyyid dedi tarixini, bir əksiyi var,
Niyə gəldi, niyə getdi bu†

__________
* Kareta.
† Son misra əbcədlə hesablandıqda 1281-ci il alınır. Bu rəqəmə bir əlavə etdikdə və miladi tarixə çevirdikdə 1865-ci il alınır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG