Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:02

Seyid Əzim Şirvani. QUBA TƏZİYƏDARLARI VƏ XEYMƏNİ QARƏT EDƏNLƏRƏ


Ey badis edən dəhrdə büdət, köpək oğlu!
Etdiz nə səbəb xeyməni qarət, köpək oğlu?
Yoxsa əlivüz çıxmış idi Kərbübəladən,
Düşdü ələ dövranda bu fürsət, köpək oğlu?
Qarət elədin xeyməgəhi-ali-rəsulu,
Gör olmusuz axır nəyə nisbət, köpək oğlu!
Yoxsa o kəsin nəslisiz, ey qövmi-şəqavət –
Kim etmiş idi özgəyə beyət, köpək oğlu!
Mərcanə sizi yoxsa doğub yeddi zinadən,
Həddəndi ziyadə bu şərarət, köpək oğlu!
Şövkətdə əgər tay olasız siz ki,Yezidə,
Getməz başa bu şən, bu şövkət, köpək oğlu!
Ey Əzrəqin övladləri, bu nə xətadır,
Qasim otağını nədi qarət, köpək oğlu!
Bu zülm ki, siz eyləmisiz Hərmələ etməz,
Sizdən yetişib qəlbə cərahət, köpək oğlu!
Vardır sizə nisbət Öməri-Səddə insaf,
Kimdə tapılır bunca nəhusət, köpək oğlu!
Bu zülm haçan oldu Sənan ibn-Ənəsdən,
İnsandan uzaqdır bu zəlalət, köpək oğlu!
Dərbəndliyə kəllə deyib mərdümi-aləm,
Amma yenə olmaz sizə nisbət, köpək oğlu!
Ata-baba şirvanlıya biar deyirlər,
Hər namdə var bir neçə hikmət, köpək oğlu!
Məcmuəsinin hikməti məlumü əyandır,
Bir kəs edə bilməz ona diqqət, köpək oğlu!
Amma bu təəccübdü ki, donquzlara "ceyran"
Kim qoydu adı, əhli-zəlalət, köpək oğlu!
Bais nə idi ta ki qəbul eyləmədiz siz,
Ağsaqqal edən vəqtdə nəsihət, köpək oğlu!
Hər əmrdə lazıimdı sizə mürşüdi-kamil,
Bimürşid olurmu bu təriqət, köpək oğlu?
Zülmatdə İsgəndərə bir Xızr gərəkdir,
Xassə ki, tutub aləmi zülmət, köpək oğlu!
Yainki olubdur aduvuz şieyi-xalis,
Şayistə deyil böylə şəniət, köpək oğlu!
Baş yarmağa, ox taxmağuva hiç sözüm yox,
Bir siz təki yox sabibi-cürət, köpək oğlu!
Amma ki, bu iş mərifət ilə ola xoşdur,
Biganə bizə etməyə töhmət, köpək oğlu!
Gözlər açılıb, iş dəyişib, haldır özgə,
Ancaq bizi tutmuş bu cəhalət, köpək oğlu!
Bari elə olmaq ki, bizə gülməyə düşmən,
Hər şəhrdə var xarici millət, köpək oğlu!
Hər növ ilə ki, büdətə siz mürtəkib olduz,
Yazdıq onu naçar şəriət, köpək oğlu!
Məmul elədiz dəhrdə hər feli-hərami,
Tapdıq onun icazına səhhət, köpək oğlu!
Ata-babanız şiələr öldürdü imamı,
Qıldız onu siz sünnüyə nisbət, köpək oğlu!
Baş çapmaq ilə, şaxi* olubdur sizə adət,
Ey məzhəbi-dini olan adət, köpək oğlu!
Ol kimsənə ki, məhlədə illərlə tapılmaz,
Nə xeyrə yarar, nə şərə nikbət, köpək oğlu!
Əyyami-məhərrəmdə olur Rüstəmi-sani,
Mərvan tək edər xəlqə siyasət, köpok oğlu!
Ancaq Quba üstündə deyildir bu məzəmmət,
Hər şəhrdə var kani-şərarət, köpək oğlu!
Amma Qubanın bişəsi çox, çaqqalı çoxdur,
Etdiz ki, toyuq tumağa adət, köpək oğlu!
Bəs, lazım olub çaqqal üçün bir tələ qurmaq,
Ta dəf ola bu rəncü məzəmmət, köpək oğlu!
Aya, demədiz təziyeyi-sərvəri-dindir.
Batildi belə bəzi ədavət, köpək oğlu!
Bu təziyənin sahibi sultani-şəhidan,
Sizdən edəcək həqqə şikayət, köpək oğlu!
Dünyada zinakarsız, üqbadə ziyankar,
Tutdu sizi aləmdə xəsarət, köpək oğlu!
Baş çapmağa, ox taxmağa etdiz əbəs adət,
Nə fərzdi bu əmr, nə sünnət, köpək oğlu!
Boynunda kəfən, əldə qılınc baş çapırsız,
Görsün məni ta bir neçə övrət, köpək oğlu!
Etdim ürəfayə sözü filcümlə işarət,
Ariflərə bəsdir bu işarət, köpək oğlu!
Aldanma, yalandır süxəni-mərsiyəxanə,
Cənnətlə sizə versə bəşarət, köpək oğlu!
Cənnət harada, siz hara tövlə döyü cənnət,
Eşşək balası, dağ ayısı, it köpək oğlu!
Çün hər bir əməl niyyətə mövquf olubdur,
Siz eyləmisiz bicliyə niyyət, köpək oğlu!
Səd heyf ki, Qudyaldan ağa eylədi rehlət,
Qaldı sizə meydani-rəşadət, köpək oğlu!
Əmir Həsən ağa edə gər dəxli-təərrüf,
Olmazdı dəxi sizdə cəsarət, köpək oğlu!
Bisahib olub dəşt, donuz təllə çıxıbdır,
Tülkü bəy olubdur, dərə xəlvət, köpək oğlu!
Tutduz bir əməl ki, elədiz milləti rüsva,
Yandırdı məni nari-xəcalət, köpək oğlu!
Bu fel ki, var sizdə şəhənşahi-rüsuldan,
Tutmun dəxi ümmidi-şəfaət, köpək oğlu!
Bir təziyəvüz var idi övladi-rəsulə,
Ancaq bu idi əcri-risalət, köpək oğlu!
Verdiz ona indi ki, aləmdə xələl siz,
Bir gözləmədiz əcrü qərabət, köpək oğlu!
Cəddim tüpürür görsə sizi ruzi-cəzadə,
Söylər ki, deyilsiz mənə ümmət, köpək oğlu!
Bir də, bu fəsadi ki, siz etdiz, sizə eylər –
Göylərdə mələklər hamı lənət, köpək oğlu!
Hərçənd başın Şüınri-şəqi kəsdi İmamın,
Ağladı yenə, eylədi riqqət, kopək oğlu!
Siz ağlamasız, öldürüsüz yeddi imamı,
Yox zərrə qədər sizdə mürüvvət, köpək oğlu!
Gər daşdı desəm qəlbüvüzi səxt əcəbdir,
Yox daşü dəmirdə bu qəsavət, köpək oğlu!
Vardır elə daş ki, yarılıb xövfi-xudadən,
Cari olub ənhari-lətafət, köpək oğlu!
Vardır elə daş yumbalanıb xişyəti-həqdən,
Yox qəhri-xudadən ona taqət, köpək oğlu!
Quranda sizin qəlbüvüzi zikr qılıb həq,
Get, eylə "əlif-lami" qiraət, köpək oğlu!
Sizdəndir uzaq dəhrdə əlbəttə pəyəmbər,
Nazil sizə olmuşdu bəraət, köpək oğlu!
Seyyid cühəla fövcinə bu sözləri yazdı,
Ta eyləyəsiz haldən ibrət, köpək oğlu!
Minbəd dəxi tutmayın ol növ ilə işlər –
Kim düşmən edə tənü şəmatat, köpək oğlu!
Yoxsa ki, gəlir sizlər üçün həcv dəmadəm,
Vermə dəxi bu Seyyidə zəhmət, köpək oğlu!

________
*Şaxsey

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG