Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:54

Vərəqə paylayan qızlar saxlandı


Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının iki fəalı saxlanıb: Anabəyim HəsənliAysel Saday.

Bu haqda AzadlıqRadiosuna AXCP Gənclər Təşkilatının rəhbəri Əbülfəz Qurbanlı məlumat verib.

Qızlar metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığında 30 aprel aksiyası ilə bağlı çağırış vərəqəsi paylayarkən saxlanıblar.

Gənclər təşkilatları 2009-cu ildə Dövlət Neft Akademiyasında baş vermiş qətlin qurbanlarını yad etmək üçün aprelin 30-a aksiya təyin edib.

AXCP-çi gəncləri mülkigeyimli şəxslər saxlayıb və Yasamal rayon Polis İdarəsinə aparıblar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə qızların qanunu pozduqlarını deyir:

«Anabəyim Həsənli və Aysel Saday əhalini icra hakimiyyəti ilə razılaşdırılmamış, qanunsuz aksiyaya çağırdıqları üçün saxlanılıblar».

O. Mansurzadə hər iki fəala xəbərdarlıq edildikdən sonra buraxıldıqlarını bildirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG