Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:58

Bu ilin birinci rübündə Bakıda qeydə alınan cinayətlərin 72 faizi açılıb


Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb

Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) 2011-ci ilinin birinci rübü üzrə hesabatında deyilir.

Cari ilin ilk üç ayında Bakıda 2671 cinayət hadisəsi qeydə alınıb. Onların 2393-ü az ağır və böyük ictimai təhlükə törətməyən, 278-i isə ağır və xüsusilə ağır cinayətlər olub.

Ümumi cinayətlərin 72 faizinin, ağır cinayətlərin 68.5 faizinin, o cümlədən ölümə sui-qəsdlərin, zorlamaların, adam oğurluqlarının, hədə-qorxu ilə tələb etmələrin və avtomaşın oğurluğu cinayətlərinin hamısının açılması təmin edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə ağır cinayətlər 118 fakt (29.8 faiz), soyğunçuluq 8 fakt (12.7 faiz), mənzildən oğurluqlar 19 fakt (8.6 faiz), dələduzluqlar 44 fakt (23.5 faiz) azalıb.

Ölümə sui-qəsd və qəsdən sağlamlığa az ağır xəsarət yetirmə cinayətlərinin sayı dəyişməz qalıb.

Hesabat dövründə narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirləri nəticəsində 60 kiloqram 787 qram narkotik dövriyyədən çıxarılıb.

Axtarışda olan 543 cinayətkardan 192-si (35.4 faiz) yaxalanıb.

Keçən ilin müvafiq dövrü ilə müqayisədə axtarış işlərinin sayı 55 fakt azalıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG