Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:44

Tailand və Kamboca sərhədində qarşıdurma olub


Tailand və Kamboca sərhədində qarşıdurma olub. Tailand hərbçilərinin məlumatına görə, onların 4 əsgəri yaralanıb.

Bu ölkələr arasında qarşıdurma bir həftə əvvəl başlayıb. Münaqişəyə səbəb isə sərhəddəki cəngəllikdəki iki qədim məbəddir.

İndiyə qədər baş vermiş toqquşmalarda 15 hərbçi həlak olub. On min adam ərazidən köçürülüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG