Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

«Bir şokolad və sabuna doğulan körpə», su kəmərinin quruması və...


Mətbuat icmalı

Mətbuat icmalı

«Azadlıq» qəzeti yazır: «ƏLİYEV ALİMLƏRİ ƏLƏ SALDI».

«Azərbaycan Milli Elmlər Akademiyasını mühafizə edən polislər elmlər namizədindən 3 dəfə çox maaş alır. AMEA binasının qapısında dayanan polis ayda 500 manata yaxın məvacib aldığı halda elm üçün çalışan elmlər namizədi yalnız 150 manat alır. Son artımdan sonra isə onun əmək haqqı 180 manat olacaq».

Prezident sərəncamı ilə alimlərin maaşının 20 faiz artırılmasına toxunan professor Nurəddin Məmmədlisə qəzetə deyib ki, iyirmi faiz artımla elmi stimullaşdırmaq olmaz.

«Yeni Müsavat» qəzetinin baş məqalələrindən biri belə adlanır: «3 SAYLI DOĞUM EVİNDƏ GÖRÜNMƏYƏN RƏZALƏT».

Qəzet yazır ki, Günay Əliyeva adlı hamilə qadına Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində yardım göstərilməyib. Bu haqda bacısı danışıb:

«Bacım can çəkir, bağırtısı xəstəxananı götürüb, həkim isə bizi otağına salıb ki, öncə pulu danışaq. Biz də dedik ki, siz bir xəstəyə baxın, uşaq sağ-salamat dünyaya gəlsin, sizin pulunuzu artıqlaması ilə verəcəyik. Bundan sonra həkim nə fikirləşdisə, bizi otağından qovdu ki, sizinlə söhbətim tutmur».

Baş həkim Firuzə Məmmədovasa müxbirlə söhbətdə deyilənləri şantaj adlandırıb. Amma baş həkimin yanında əyləşən şöbə müdiri İradə xanım doğum evinə belə bir xəstənin daxil olduğunu dedi:

«Fəridə xanım həmin xəstənin yaxınlarına deyib ki, doğuş hələ iki saatdan sonra olacaq. Bu səbəbdən də gedin evə. Xəstənin yaxınları da bundan inciyib xəstələrini başqa doğum evinə apardılar. Bir də ki, bizdə uşaq dünyaya gəlməmiş pul söhbəti olmur. Hələ bəlkə uşaq ölü doğulacaq. Biz ondan necə qabaqcadan pul ala bilərik. Uşaq dünyaya gəlir, ondan sonra həkim zəhmət haqqının nə qədər olduğunu
Su kəmərinin təhlükəsizliyi təmin olunmur
deyir».

Baş həkim bu sözləri eşidib daha da əsəbiləşdi: «Ay qız, sənin başın xarabdır?! Burada uşaq dünyaya gətirən analardan pul alınır bəyəm? Niyə mənim ağızmı açdırırsan axı. Uşaq olandan sonra xəstənin yaxınları uzağı şirinlik məqsədi ilə bir qutu şokolad və yaxud da 1 sabun verirlər bizə».

«Bizim yol» qəzeti yazır ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı «BAKI-OĞUZ-QƏBƏLƏ» su kəmərinin tikintisinin icrasına dair monitorinq aparıb.

Təşkilatın sədri Mirvari Qəhrəmanlı aşkar olunan qanun pozuntularını mətbuat nümayəndələrinə təqdim edib:

«Kəmərin çəkilişi ilə əlaqədar qazılmış artezian quyularının işə düşməsi Bayan kəndində içməli su təminatı ilə bağlı problemlər yaradıb. Belə ki, kənd əhalisini içməli su ilə təmin edən köhnə artezian quyularından su çəkilib».

Su kəmərinin təhlükəsizliyi də təmin olunmur:

«Neçə quyuda müşahidə apardıq, heç bir nəzarət yox idi. Suyun üzəri açıq idi. Strateji əhəmiyyət daşıyan bir xəttin təhlükəsizliyinin bərbad olması yolverilməzdir. Burada suyu zəhərləmək, ondan başqa məqsədlər üçün istifadə etmək çox rahatdır».

«Azərbaycan» qəzeti
ndə Prezidenti Administrasiyasının şöbə müdiri Fuad Ələsgərov İlham Əliyev haqda yazır:

«UĞURLU İSLAHATLARIN MÜƏLLİFİ».

Müəllif son illər qəbul olunan qanunlara diqqət çəkərək söyləyir:

«Əminliklə deyə bilərik ki, prezidentin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar ədalət mühakiməsini keyfiyyətcə yeni səviyyəyə qaldıracaq, hüquq sisteminin davamlı müasirləşməsini təmin edəcək».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG