Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:41

Şahzadə William ilə Kate Middletonun nikah mərasimi keçirilib


Londonda şahzadə William ilə Kate Middletonun nikah mərasimi keçirilib. Vestminster Kilsəsində keçirilən mərasimdə onlar bir-birinin barmağına evlilik üzüyü taxıblar, ər-arvad elan olunublar.

Toya 50 ölkədən 2000 qonaq dəvət olunub.

600 mindən artıq adam London küçələrindən mərasimi izləyib.



TOYDAN QABAQ

SADƏ XALQDAN GƏLƏN ŞAHZADƏ


Televiziyalar, qəzetlər bu toya çoxdan hazırlaşıblar. Az qala, bir ordu – 9 minlik jurnalist bu toyu işıqlandırmaq üçün əlindən gələni əsirgəməyəcək. Təkcə BBC bu toydan ötrü 850 əməkdaşını ayırıb.

Məhz onların sayəsində 21-ci əsrdə nağılvari bir toya az qala bütün dünya şahidlik edəcək. Evlənənlərsə Britaniya şahzadəsi Williamla Katedir.

Bu toyu maraqlı edən odur ki, Britaniyanın gələcək kralı lap nağıllardakı kimi adi bir qızla izdivac bağlayır.

(Bu toya maraq bəlkə həm də ona görədir ki, William ingilislərin çox sevdiyi şahzadə Diananın oğludur...)

Kate zadəgan nəslindən olmasa da, kasıb ailənin qızı da deyil. Orta sinfə mənsubdur.

Bəylə gəlinin 28 yaşı var. Onlar Edinburq Universitetində on il əvvəl rastlaşıblar. Bura onlar incəsənət tarixini öyrənməyə gəliblərmiş. Amma öz eşq tarixçələrinin təməlini qoyublar.

Son iki ildəsə onlar bərabər yaşayırlar.

2000 QONAQDAN 600-Ü SARAYA GEDƏCƏK

Beləliklə, aprelin 29-u toydur. Böyük Britaniyada qeyri-iş günüdür.

Dünyanın izləyəcəyi toya isə 2000 qonaq çağırılıb. Qonaqlar arasında təbii ki, Avropanın kral ailələri, Britaniya aristokratiyası ön sırada gəlir. Amma toya ekran, şou, idman ulduzları da dəvətlidirlər.

Asayişi çoxlu sayda polis qoruyur
Rəsmi nikah Vestminster kilsəsində kəsiləcək. Sonra bəylə gəlin kral qvardiyasının müşayiəti ilə Bukinqem Sarayına yola düşəcəklər.

Kraliça isə sarayında 600 nəfərlik süfrə açacaq.

Kral ailəsinin bioqrafı Hugo Vickers AzadlıqRadiosunun rus xidmətinə deyib ki, bu izdivac sevgi üzərində qurulub, bu, gənclərin öz seçimidir.

«İnsanlar sevinirlər ki, şahzadə William ürəyincə qız tapıb».

O, bir çox kralların sevgisiz ailə qurduqlarını da yada salır.

ŞAHZADƏNİ GÖZLƏYƏN HƏYAT

İndiyədək sadəcə Kate çağırılan 28 yaşlı bu xanıma bundan sonra belə müraciət olunacaq: «Her Royal Highness Princess William of Wales».

24 saat mühafizəçilərin nəzarəti altında olacaq. Kraliçaya aid 57 milyon dollarlıq tarixi zinət kolleksiyası həm də onun olacaq.

Geydiyi, yediyi, rəftarı daim diqqətdə olacaq.

Tənqid də olunacaq, tərif də...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG