Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:39

ABŞ-dakı qasırğada ölənlərin sayı 300-ə çatıb


ABŞ-ın cənubundakı 5 ştatda baş vermiş qasırğa nəticəsində ölənlərin sayı 300-ə çatıb. Qasırğadan ən çox Alabama ştatı ziyan çəkib. Burada 195 adam həlak olub. Yüzlərlə bina uçub, yolla dağılıb, elektrik enerjisi kəsilib.

Alabama, Missisipi və Corciya ştatlarında fövqəladə vəziyyət elan edilib.

ABŞ metroloji xidmətinin məlumatına görə, ölkə ərazisində belə güclü qasırğa sonuncu dəfə 1974-cü ilin aprelində olub.

Bu gün prezident Barak Obama Alabama ştatına gedəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG