Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:27

Yerevanda müxalifət şəhərin mərkəzində mitinq keçirib


Aprelin 28-də Ermənistanın paytaxtı Yerevanda müxalifətin 4 minə yaxın tərəfdarı mitinq keçirib. Mitinqçilər ölkədə parlament və prezident seçkisi keçirilməsini tələb ediblər.

Bu son 3 ildə Ermənistan müxalifətinin paytaxtın mərkəzində keçirdiyi ilk mitinq olub. 2008-ci ildə polislə mitinqçilər arasında baş vermiş etiraz aksiyasından sonra şəhər mərkəzində mitinq keçirilməsinə icazə verilmirdi. Həmin vaxt aksiyada 10 adam həlak olmuşdu, 250 nəfər yaralanmışdı.

Dünənki aksiya Erməni Milli Konqresinin rəhbəri, keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərliyi ilə keçirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG