Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:22

Gürcüstanda sürücülük vəsiqəsi 17 yaşından veriləcək


Cümə günü Gürcüstan parlamentinə sürücülük vəsiqələrinin 17 yaşdan verilməsilə bağlı müzakirə gözlənilir.

Bu barədə ANS PRESS Gürcüstanın daxili işlər naziri Vano Merabişviliyə istinadla xəbər verir.

Yeni qanun layihəsinin artıq bu gün hökumətin iclasında nəzərdən keçirildiyini deyən nazir, yeni qanunun artıq 2011-ci ilin yay aylarından qüvvəyə minəcəyini istisna etməyib.

Yeni qanunda 2011-2012-ci tədris ilindən məktəblərdə “Yol nişanları və yol hərəkəti təhlükəsizliyi” adlı yeni fənnin tədrisi də nəzərdə tutulur və bu məcburi olacaq.

Nəzəriyyə imtahanlarından keçən şagirdlər Patrul Polisində praktiki imtahan vermək hüququ qazanacaqlar.
XS
SM
MD
LG