Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:43

Azərbaycanda parnoqrafik materiallara görə cəza sərtləşdirilir


Azərbaycanda pornoqrafik materiallar və ya əşyaların qanunsuz yayılmasına görə cəza sərtləşdiriləcək .

Bu barədə Trend agentliyi xəbər verilir.

Təklif edilmiş qanun layihəsində bu cinayəti törədən şəxslərin 3 il müddətinə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmək və ya edilməməklə 2 min manatdan 4 min manatadək cərimə olunması, 2 il müddətinə islah işləri və ya 3 il azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.

Hazırda qüvvədə olan qanunvericilikdə bu cinayətə görə min manatdan 3 min manatadək cərimə, iki ilədək islah işləri və ya 2 ilədək həbs cəzası nəzərdə tutulub.

Bura pornoqrafik materiallar və ya əşyaların yayılması, bu cür mterialları reklam məqsədilə qanunsuz hazırlama, yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya videomateriallar, şəkillər və sair əşyalarla qanunsuz ticarət daxildir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim edib.
XS
SM
MD
LG