Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 19:04

İnsanların yarısı Tanrıya inanır


Russia - Worshippers pray during a morning mass in the central mosque in Gronzy, 10Mar2011

Russia - Worshippers pray during a morning mass in the central mosque in Gronzy, 10Mar2011

Ən az inanclılar Avropada və Yaponiyada yaşayır


Dünyada insanların yarısından çoxu – təxminən 51 faizi Allahın mövcudluğuna inanır. Əhalinin yalnız 18 faizi Tanrıya inanmadığı etiraf edib. 17 faiz isə hələlik bu barədə qəti qərar verə bilməyib.

“İpsos” beynəlxalq araşdırma mərkəzinin 23 ölkədə 18 min insan arasında keçirdiyi sorğunun nəticəsi belə rəqəmləri göstərib.

Britaniyanın "Christian Today" qəzetinin yaydığı məlumata görə, sorğu nəticəsində İndoneziyanın sakinlərinin daha dindar olduğu üzə çıxıb. Bu ölkədə rəyi öyrənilənlərin 93 faizi Allaha, ali qüvvələrə inanır. Türkiyədə 91 faiz, Braziliyada 84 faiz, CAR-da 83, Meksikada isə 78 faiz respondent "Allaha inanırsızmı" sualına “bəli” cavabını verib.

Ən azı inanclıların Avropa Birliyi ölkələri və Yaponiyada yaşadığı üzə çıxıb. Məsələn, Fransada respondentlərin 39 faizi Tanrıya inanmadıqlarını bəyan edib. İsveçdə belələri 37 faiz, Belçikada 36 faiz, Böyük Britaniyada 34, Yaponiyada 33 və Almaniyada 31 faiz təşkil edib.

Bəzi ölkələrdə isə rəyi soruşulanlar çoxallahlılığa və ya bir neçə ali qüvvənin mövcudluğuna inandıqlarını açıqlayıblar. Hindistanda respondentlərin 24 faizi, Çində 14 faiz, Rusiyada isə 10 faizi bundan əmin olduqlarını deyiblər.

Sorğu iştirakçılarından yarıdan çoxusu – 51 faizi axirət dünyasına inandığını bildirib. 25 faiz respondent isə ölümdən sonra ruhun da məhv olduğunu hesab edib. 26 faizi isə bu dünyadan köçəndən sonra onlara nə olacağı barədə hansısa fikir yürütməkdə çətinlik çəkib.

Günün bütün mövzuları

XS
SM
MD
LG